Bu gün Azərbaycan Güləş Federasiyasında (AGF) Avropa çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Qol.Az-ın məlumatına görə, konfransda federasiyanın baş katibi Əjdər Cəfərov, yığma komandaların baş məşqçiləri Saypulla Absaidov və Salih Bora, həmçinin Avropa çempionları Toğrul Əsgərov və Elçin Əliyev iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Cəfərov yarışda Azərbaycan pəhləvanlarının göstərdikləri nəticədən razı qaldıqlarını bildirib: “Federasiya güləşçilərin Avropa çempionatında çıxışını uğurlu hesab edir. Çünki Serbiyanın paytaxtı Belqrada əsas heyətlərlə deyil, əsasən əvəzedici heyətlərlə yollanmışdıq. Yarışda isə sərbəst və yunan-Roma güləşçilərimiz hərəyə 1 qızıl və 1 bürünc, qadınlardan ibarət yığmamız isə 2 bürünc medal qazandı ki, bu da bizim üçün uğurdur”.
Federasiya rəsmisi daha sonra yığmaların çıxışına ayrı-ayrılıqda toxunub. Cəfərovun sözlərinə görə, sərbəst güləşçilərimizdən Toğrul Əsgərov (60 kq) ümidləri doğruldub: “O da hələ gəncdir. Lakin Toğrulu Avropa çempionatında sınadıq və o özünü göstərdi. Aleksandr Qostiyev (74 kq) inamla güləşərək, bürünc medal qazandı”.
Baş katib bildirib ki, qadınlardan ibarət yığmamızdan da qızıl medal gözləyirlərmiş. Lakin komandamızın lideri Mariya Stadnik (48 kq) səfərə aparılmadığından, əsas medal ümidlərimizdən olan Yuliya Ratkeviç (55 kq) uduzduğundan fəxri kürsünün ən yüksək pilləsinə qalmaq mümkün olmayıb: “Bu yığmamız 2 bürünc medal qazandı. Amma Ratkeviçdən də çempionluq gözləsək də, özünü doğrultmadı. Bunun üçün də digər yığmalarımızla müqayisədə bu komandamızdan bir qədər narazı qaldıq”.
Cəfərov yunan-Roma güləşçilərimizin çıxışını əla adlandırıb. Onun sözlərinə görə, əsasını gənclər təşkil edən milli özünü yaxşı tərəfdən göstərməyi bacarıb: “Onların hamısı döşəyə qələbə əzmi ilə çıxırdılar. Bu, AGF prezidenti Fazil Məmmədovun da çox xoşuna gəldi. Mən xüsusilə Elçin Əliyevin qələbəsini vurğulamaq istərdim. O, püşkatmada ilk döyüşündəcə Avropa və dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı Roman Amoyanla düşdü. Bunun üçün Elçin döyüşə xüsusi hazırlandı və layiqli qələbə qazandı”.
Federasiya rəsmisinin sözlərinə görə, bəzi xarici mətbuat orqanlarında Əliyevin qələbəsini şübhə altına salan yazılar dərc edilsə də, bu, güləş qaydalarına ziddir: “Elçin erməni güləşçisi üzərində tam layiqli qələbə qazandı. Mən özüm də bu növdə hakiməm. Bunun üçün məsuliyyətimlə deyirəm ki, döyüşdə hansısa köməklikdən söhbət gedə bilməz. Çünki görüşdən bir neçə dəqiqə sonra FİLA prezidenti Rafael Martinetti özü şəxsən döyüşün təkrarına baxdı və hakimin düzgün qərar çıxardığını dedi. Həmçinin, Amoyan məğlubiyyətlə barışmaq istəmirdi və artistlik edirdi. Bunun da nəticəsi olaraq, o Avropa çempionatında təsəlliverici görüşlərdən kənarlaşdırıldı”.
Daha sonra Elçinin döyüşünün videoyazısı KİV nümayəndələrinə nümayiş etdirildi və Romanın uduzduğu aşkar şəkildə detalları ilə izah edilib. Cəfərov bildirib ki, bu görüşdən sonra münsiflər heyətində yer alan FİLA-nın inspektorundan biri – finlandiyalı Kari Tayvala London-2012-yə yollanmaq hüququndan da mərhum olunub: “Sadəcə, ermənilərin döşəkdə güləşçilərimizə gücləri çatmadıqlarından bəhanələrə əl atırlar”.
Sonra sərbəst güləş üzrə yığmamızın baş məşqçisi Saypulla Absaidov komandamızın çıxışını şərh edib. O da çempion adını qazanan Toğrulun yaxşı döyüşdüyünü və bunun üçün lisenziya xarakterli yarışlara yollanacağını bildirdi: “Hazırda əsas məqsədimiz lisenziya xarakterli yarışlardır. Çalışırıq ki, digər 3 çəkidə də lisenziya qazanaq və London-2012-yə tam heyətlə yollanaq. Bundan sonra isə Olimpiadaya hazırlıqları sürətləndirək. Avropa çempionatında yalnız Cəmaləddin Məhəmmədovdan (120 kq) narazı qaldım”.
Yunan-Roma güləşi üzrə millimizin baş məşqçisi Salih Bora Avropa çempionatının həmişə çətin keçdiyini, lakin yetirmələrinin özlərini yaxşı tərəfdən göstərdiyini deyib: “Yarışın ilk günündən sonra aktivimizdə 30 xal var idi. Rusiya və Türkiyə kimi ölkələri 12 xal qabaqlayırdıq. Lakin ikinci gün cəmi 4 xal qazandıq, Avropa üçüncüsü olduq. Pis nəticə deyil. Əsas məqsədimiz lisenziya yarışları və orada özümüzü sübut etməkdir”.
Azərbaycan komandası Aktauda birinci yeri tutdu
“Seltik” Robertson üçün hərəkətə keçdi
Uzunmüddətli zədədən sonra məşqlərə qayıtdı
“Bavariya” “Milan”ın 33 illik rekordunu geridə qoydu
Azərbaycanın paragüllə atıcısı dünya kubokunda üçüncü oldu
“Yuventus”un hücumçusu Premyer Liqa klublarının hədəfində
“Liverpul”un uzunmüddətli müqavilə planı
Ərdoğan o hakimlər haqda istintaqdan danışdı
Vlahoviç: “Özümü komandanın lideri kimi hiss etmirəm”
Serbiya millisində yeni baş məşqçi
“Barselona” Osimhenlə maraqlanır
U-17 millimiz Moldova ilə heç-heçə etdi
Amorim, Arteta, Emeri, İraola
"Liverpul"dan daha bir antirekord
Arzusu gerçəkləşdi - Şəkillər
AFFA 9 komandaya texniki məğlubiyyət verdi
PSJ-nin futbolçusu sıradan çıxdı
Futbolumuzun yeni qoleadoru?..
"Kəpəz"ə 10 min cərimə, futbolçusuna 4 oyunluq cəza
İngiltərə futbolunda yeni rekord
Eks "Qarabağ"lı istefa verdi
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
2-ci liqada 18 oyunun vaxtı açıqlandı
"Yuventus"un qələbəsiz oyunlar seriyası bitdi - Video
“Sumqayıt” 50-yə çatdı
"Kəpəz"in Azərbaycan kubokunda yubiley qolu
Slot uğursuzluqlarından danışdı
“Liverpul”dan biabırçı göstərici
"Araz-Naxçıvan" Çempionlar Liqasına qələbə ilə başladı
"Sırf Abubakarın arxasınca qaçmamışdıq" - Samir Abasov
Endrik “Real”dan gedə bilər
PSJ-dən ayrılmaq istəyir
Azərbaycanda çalışmış baş məşqçi Türkiyə klubundan ayrıldı
Onun da adı Şöhrət Zalına daxil edildi
Azərbaycan kubokunda 1/8 finalçılar müəyyənləşdi
Azərbaycanın cüdo millisi hazırlığı Bakıda davam etdirir
Taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı
“Bu, mənim üçün çox vacib idi” - “Qəbələ”nin baş məşqçisi
Kevin De Brüyne əməliyyat olundu
“Barselona”ya Pedridən pis xəbər
“Mançester Siti” Rodri ilə danışıqlara başladı