Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Səfərdə Fransa "Marsel"inə 0:1 hesabı ilə məğlub olan "İnter" doğma azarkeşləri həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin bunun üçün "İnter" minimum bir topla qalib gəlməli idi. Milan təmsilçisi ikinci hissədə hesabı açsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib - 2:1.
Günün digər qarşılaşması isə Almaniyada baş tutub. Burada yerli "Bavariya" klubu İsveçrə "Bazel"ini qəbul edib. Səfərdə 0:1 hesabı ilə məğlub olan Münhen təmsilçisi növbəti mərhələyə adlamaq üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin "Bavariya" rəqibini Almaniyaya gəlməyə peşman edib - 7:0.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər 2 cavab görüşü isə sabah keçiriləcək. "Real" (Madrid) öz meydanında CSKA (Moskva) klubunu, "Çelsi" isə "Napoli"ni qəbul edəcək.
13 mart
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri
23:45. "İnter" (İtaliya) - "Marsel" (Fransa) (ilk oyun - 0:1) - 2:1
Qollar: Milito, 75 (1:0), Brandao, 90 (1:1), Pazzini, 90+3-pen (2:1)
23:45. "Bavariya" (Almaniya) - "Bazel" (İsveçrə) (ilk oyun - 0:1) - 7:0
Qollar: Roben, 11 (1:0), 81 (7:0), Müller, 42 (2:0), Qomez, 45 (3:0), 50 (4:0), 61 (5:0), 67 (6:0)
14 mart
23:45. "Real" (Madrid, İspaniya) - CSKA (Moskva, Rusiya) (ilk oyun - 1:1)
23:45. "Çelsi" (İngiltərə) - "Napoli" (İtaliya) (İlk oyun - 1:3)
Əlavə edək ki, artıq 1/4 final mərhələsinə vəsiqə qazanmış 4 komandanın adı müəyyənləşib. Bunlar "Barselona" (İspaniya), "Milan" (İtaliya), "Benfika" (Portulqaliya) və APOEL (Kipr) klublarıdır.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat