Avropa Liqasının “Atletiko” (Madrid) – “Beşiktaş” (İstanbul) matçının fasiləsində türk klubunun baş məşqçisi Karlos Karvalhal ilə futbolçu Rikardo Quarejma arasında insident baş verib.
Qol.Az-ın Türkiyənin “Hürriyyət” qəzetinə istinadən yaydığı məlumata görə, buna səbəb porfuqaliyalı mütəxəssisin öz həmyerlisi Quarejmanı ilk hissəsi 0:3 hesabıyla başa çatan matçın fasiləsində əvəzləmək istəməsi səbəb olub. Bu fikrini Rikardoya bildirdikdən sonra soyunub-geyinmə otağında qalmaqal başlayıb.
Oturduğu yerdın duran Quarejma su şüşələrini yerə çırpıb və baş məşqçisinin üzərinə yürüyüb. Önünə çıxanı vuran Kuarejma Karvalhalın ailəsinin ünvanına portəgizcə çox ağır söyüşlər yağdırıb. Futbolçular aranı sakitləşdirməyə çalışsa da, Quarejma Karvalhala “Səni bura mən gətirdim. Sən məni oyundan çıxara bilmərsən. Çünki sən heç kimsən” – deyib.
Bununla da kifayətlənməyən Kuarejma əlindəki formanı ve qarşısına çıxan əşyaları məşqçisinin üzərinə atıb. Məşqçi isə yalnız ən sonda Kuarejmaya “mən bu komandanın baş məşqçisiyəm, istədiyimi edərəm” – deyə cavab verib.
Oyundan sonra Karvalhal bəzi futbolçuları ilə söhbətində “Beşiktaş”da işlədiyi müddətdə Quarejmanı bir daha oynatmayacağını bildirib.
Qeyd edək ki, Türkiyə mətbuatı artıq Quarejmanın adının sabah “Orduspor”a qarşı keçiriləcək superliqanın matçına daxil edilməyəcəyini yazıb.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat