Beynəlxalq Güləş Federasiyası 2011-ci ilin ən yaxşı güləşçilərinin adlarını açıqlayıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, sərbəst güləş üzrə yığmamızın üzvü Şərif Şərifov (84 kq) və qadın güləşi üzrə yığmamızın üzvü Mariya Stadnik (48 kq) ilin ən yaxşısı seçilib.
2010-cu ildə təşkil olunan gənclər arasında Avropa birinciliyində verilən qərarla il ərzində iştirak etdiyi olimpiya oyunları, dünya və Avropa çempionatları, qızıl qran-pri yarışlarındakı nəticələrinə əsasən ilin ən yaxşılarını seçməyə başlayan FİLA artıq 2011-ci ilin də qaliblərini müəyyənləşdirib.
Sərbəst üsulla güləşənlər arasında topladığı xallara əsasən Şərif Şərifov (84 kq) ən yaxşı adını qazanıb. Türkiyədə təşkil olunan dünya çempionatının qalibi 21 xal toplayıb ki, bu da birincilik üçün yetərli olub. Şərifov 2011-ci ildə həm də Avropa üçüncülüyünü qazanıb.
Qadınlar arasında da Azərbaycan təmsilçisi “ən yaxşı” adına sahib çıxıb. 2011-ci ildə ölkəmizə Avropa çempionatında qızıl, dünya çempionatında isə gümüş qazandıran Mariya Stadnik (48 kq) 22 xal toplayıb.
Yunan-Roma güləşi üzrə isə türkiyəli Rıza Kayaalp (120 kq) fərqlənib. 2011-ci ildə Avropa ikincisi, doğma vətənində keçirilən dünya çempionatında isə çempion olan Kayaalp 22 xal toplayıb.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi