Millimiz beynəlxalq turnirə qələbə ilə başladı (FOTOLAR)

XƏBƏR 8 Fevral 2012 / 22:22 2513
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş Grand-Prix «Winter OBSL 2012» beynəlxalq turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, millimiz Rusiyanın «Podvodnik» komandası ilə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb. Komandamızın qollarını Elvin Quliyev, Emin Kürdov, Vladimir Poqorelov (avtoqol) və Zeynal Zeynalov vurublar.

Qrupun digər oyununda Rusiya "Kristall"ı bu ölkənin başqa bir təmsilçisi - "Elmont"u 9:3 hesabı ilə məğlub edib.

"B" qrupunda yarışan komandamız növbəti oyununu sabah "Elmont"a qarşı keçirəcək.

Millimiz beynəlxalq turnirə qələbə ilə başladı (FOTOLAR)

 
Millimiz beynəlxalq turnirə qələbə ilə başladı (FOTOLAR)
 
Millimiz beynəlxalq turnirə qələbə ilə başladı (FOTOLAR)
 

Səhifənin yuxarısına keçidYuxarı

Qarabağ FK
Son xəbərlər
topaz banner