Türkiyə futbolunda danışılmış oyunlarla bağlı aparılan istintaq yekunlaşıb. APA-ın xəbərinə görə, İstanbul baş prokurorunun 1-ci müavini Fikrət Seçən iş üzrə ittiham aktının hazırlanmasının başa çatdığını açıqlayıb. 401 səhifədən ibarət ittihamnamə İstanbuldakı 16 saylı Ağır Cəza Məhkəməsinə göndərilib. Məhkəmə ittihamnaməni 15 gün ərzində qəbul etmək və ya prokurora geri qaytarmaq hüququna malikdir.
İş üzrə şübhəli şəxs qismində 93 nəfərin adı keçir. Bu şəxslərdən 31 nəfəri hazırda həbsdədir. Onların arasında “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım, “Sivasspor” klubunun prezidenti Məcnun Odyakmaz, “Giresunspor” klubunun prezidenti Olqun Peker, “Beşiktaş” klubunun vitse-prezidenti Sərdal Adalı, “Beşiktaş” futbol komandasının baş məşqçisi Tayfur Havutçu, “Əskişəhər” klubunun idman direktoru, keçmiş futbol ulduzu Ümit Karan, “İstanbul Böyük Şəhər Bələdiyyəsi” futbol komandasının oyunçuları İbrahim Akın və İsgəndər Alın, “Sivasspor”un qapıçısı Korcan Çelikay, “Fənərbaxça” rəhbərliyində təmsil olunan bir sıra şəxslər, həmçinin menecerlər də var.
Ə. Yıldırım və O. Peker mütəşəkkil cinayətkar dəstə yaradaraq matçların nəticəsinin öncədən müəyyənləşdirilməsində, haqsız iqtisadi qazanc əldə etməkdə ittiham olunur. Ə. Yıldırımın “Fənərbaxça”nın çempionluğu ilə yekunlaşmış 2010-2011 futbol mövsümündə 13 matçın nəticəsinə öncədən təsir etdiyi bildirilir.
Hazırda azadlıqda olan şübhəli şəxslər arasında Türkiyə Futbol Federasiyasının 1-ci vitse-prezidenti Göksəl Gümüşdağ, “Trabzonspor” klubunun prezidenti Sədri Şənər, “Manisaspor”un keçmiş baş məşqçisi Hikmət Karaman, “Fənərbaxça”nın oyunçuları Semih Şəntürk və Sezər Öztürk, bu sezon “Fənərbaxça”dan Rusiyanın “Spartak” klubuna transfer olan nigeriyalı Emmanuel Emenike, “Fənərbaxça”nın keçmiş oyunçucu, hazırda “Bursaspor”da oynayan braziliyalı Vederson, “Gənclərbirliyi”nin keçmiş qapıçısı Sərdar Kulbilgə, “Əskişəhərspor”un oyunçusu Mehmet Yıldız, “İstanbul Böyük Şəhər Bələdiyyəsi” komandasının oyunçusu Can Arat kimi tanınmış simalar var. Məhkəmə prosesi başlayanda bu şəxslər də hakim qarşısına çıxmalıdır.
Xatırladaq ki, Türkiyə futbolunda danışılmış oyunlarla bağlı polis əməliyyatı bu il iyulun 3-də başlayıb. Türkiyə Futbol Federasiyası qalmaqala adı qarışan klublar və şəxslərlə bağlı qərarını bu mövsümün sonunda (2012-ci ilin may-iyun ayları) verəcəyini açıqlayıb.
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama