Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı

Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
DÜNYA FUTBOLU 13 Mart 2026 / 18:03 508
-  A +

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, "Mançester Siti"ni çalışdırıcısı Pep Qvardiola ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qvardiola sözügedən mükafatı 12-ci dəfə qazanıb. O, hazırda "Everton"u çalışdıran Devid Moyesi (11 dəfə) üstələyib. "Mançester Yunayted"in keçmiş baş məşqçisi Aleks Ferqyuson (27 dəfə) bu göstəricidə birinci yerdə qərarlaşıb. "Arsenal"da işləmiş Arsen Venger (15 dəfə) ikincidir.

Qeyd edək ki, "şəhərlilər" fevralda Premyer Liqada keçirdiyi 5 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib.


Son xəbərlər
topaz banner