Bir müddət öncə yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi vəzifəsindən istefa verən Fərid Mansurov Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti təyin olunub. Federasiyanın baş katibi Əjdər Cəfərovun verdiyi məlumata görə, Federasiya prezidenti Fazil Məmmədovun əmri ilə olimpiya və ikiqat dünya çempionu AGF-nin gənclər üzrə vitse-prezidenti kimi fəaliyyət göstərəcək.
“Fərid Mansurov bir müddət öncə baş məşqçi postundan öz ərizəsi ilə istefa vermişdi. Onun əldə etdiyi nailiyyətlərin Azərbaycanın idman tarixində özünəməxsus yeri var. İstefa verərkən belə, o, güləşin inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu bildirmişdi. AGF rəhbərliyi də Fərid Mansurovun güləşin gənclər arasında daha geniş təbliğinə və bu idman növünün gələcək inkişafına öz bilik və bacarığını sərf etməsi üçün bu addımı atıb” – deyə Əjdər Cəfərov bildirib.
Məlumatı federasiyanın rəsmi saytı yayıb.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi