Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan “Fanatik” qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Almaniya və Azərbaycan ilə oyunlar yaxınlaşır. Son iki oyundan nə gözləyirsən?
- İki oyunda 6 xal ala bilərik. 4 xalla da “play-off”a çıxmaq olar. Bizə “Play-off”a qalmağı qəbul edərsiniz?” desəydilər, biz də “əlbəttə” deyərdik. Almanlarla ilk matçda yaxşı mübarizə aparmağa çalışdıq. Ancaq qapımızda gördüyümüz erkən qol əhvalımızı pozdu. Bu dəfə daha diqqətli oynayacağıq. Nə lazımdısa, neçə xala ehtiyacımız varsa, onun üçün vuruşacağıq.
- Hazırkı çıxışından razısan?
- Hə, həm də çox razıyam. 3 ay komandadan ayrı qaldım. Amma qayıtdıqdan sonra qol vurdum. Hərdən geri dönüb baxıram. Mən milli forma ilə xeyli qol vurmuşam. Ailəm də, özüm də sərgilədiyim oyundan qürür duyuram. Bura gələndə, çox sevinirəm.
- Almaniya və Azərbaycana məğlubiyyətdən sonra ümidsizliyə qapıldın?
- Qətiyyən yox. Biz yaxşı komanda olduğumuz bilirik. Uğurlu bir strategiya ilə “play-off”a qalacağımızı bilirəm. Buna heç kim mane ola bilməz. Almaniya və Azərbaycanla oyunlarda azarkeşlərimizin üzərinə böyük vəzifə düşür. Bizi dəstəkləsinlər, tribunaları doldursunlar, qalanını biz özümüz həll edəcəyik.
- Ən çox hansı oyuna görə üzüldün?
- Məni ən çox Azərbaycana məğlubiyyət üzdü. Amma açığı, Belçika millisinə baxanda, yenə də şükür etməliyik. Bu komanda ilə ikinci oyunumuza baxıram. 4 xal qazanmağımız yaxşı oldu. Belçika millisi qarşıdakı illərdə Avropaya səs salacaq. Bəlkə də futbol olaraq, hər kəsin istədiyi kimi oyun nümayiş etdirə bilmədik. Ancaq belçikalılarla görüşdə bizdən tələb olunan nəticəni qazandıq.
- Necə düşünürsən, Avro-2012-nin final mərhələsinə qatıla biləcəyik?
- Hə, nəyin bahasına olursa, olsun, final mərhələsinə gedəcəyik. Buna bizim qədər, ölkəmizin də ehtiyacı var. Heç olmasa, qarşıdakı yay bir az futboldan bəhs edək. Ukrayna və Polşaya yüzlərlə təyyarə uçsun və onların içi Türkiyə millisini dəstəkləyəcək azarkeşlərlə dolub daşsın. Avro-2008-dəki kimi insanları sevincə qərq edək.
- Yığmamızın baş məşqçisi Quus Hiddinki necə xarakterizə edərdin?
- Komandaya baş məşqçi təyin olunandan sonra bizə çox şey öyrətdi. Onunla işləmək adama böyük zövq verir. Fərdi olaraq, daha qüvvətli və istəkli olmağımıza kömək etdi. Hiddink üçün üzərinə düşən vəzifənin öhdəsindən gəlirsənsə, problem yoxdur. Nizam-intizamı sevir. Ancaq hamı onun dediyini edərsə, gözəl mühit formalaşır. Millidəki hazırkı ab-hava üçün Hiddink və köməkçilərinə təşəkkür edirik.
- Hiddinkin sənə nə kimi faydası oldu?
- Hiddinklə işləyəndən sonra özümə inamım artdı. Onunla bir yerdə işləməkdən qürur duyuram. Mənə çox vacib oyunçu olduğumu hiss etdirdi. Komanda yoldaşlarıma “Topu Ardaya ötürün deyir”. Bu isə məni məst edir. Geridə qalan oyunlara baxanda, Hiddinki heç vaxt peşman etməmişəm. Holland çalışdırıcı mənə necə güvənirsə, mən də onu pərt etməməkçün əlimdən gələni edirəm.
- Bəs komanda yoldaşların bu barədə nə düşünürlər?
- Etiraf etməliyəm ki, onlar da mənim özümü yaxşı hiss etməyim və komandaya xeyir verməyim üçün çalışırlar. Bunu hiss etdiyim üçün mən də milli komandanın forması ilə coşuram. Həmit və Əmrə mənə liderlik şansı yaratdılar. Məni önə çıxarmaq istəyirlər. Onlara təşəkkür edirəm. Əslində komandada məndən böyük olan bütün oyunçuların dəstəyini görürəm.
- Biz nə vaxt super oyun sərgiləyən bir milli komanda görəcəyik?
- Avro-2012-nin seçmə mərhələsində bugünə qədər yaxşı nəticələr qazandıq. Düzdür, taktika və nizam-intizam mənasında bəzi çatışmazlıqlar var. Ancaq bunlar həll oluna bilən problemlərdir. Azərbaycana məğlubiyyət qəbulolunmazdır. Amma hər böyük komanda uduza bilər. Türk futbolunda yeni nəsil yetişir. Baxın, Burak, Səlçuk İnan, İsmayıl Köybaşı, Gökhan Törə və Mehmet Ekici kimi gələcəyə ümid verən və yavaş-yavaş komandaya uyğunlaşan ulduzlarımız var. Bizim yolumuz açıqdır. Avro-2008-də kuboku düşünürdük, ancaq son anda əlimizdən qaçırdıq. Mənim Avro-2012 öncəsi inamım sonsuzdur. Biz ora gedə bilsək, çempion da ola bilərik. Heç kim təəccüblənməsin, çox güclü bir Türkiyə millisi gəlir.
Mbappenin durumu müəyyənləşdi
FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır
Roberto Karlos ürəyindən əməliyyat olundu
“Fənərbaxça”da yeni prezident seçkisi
40 yaşlı futbolçu "uzunömürlülük" sirrini açıqladı
"Yuventus"un futblçusunun "Cenoa" arzusu baş tutmadı
Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa hazırdır
"Roma" yarımmüdafiə xəttini onunla gücləndirməyi hədəfləyir
Sabiq futbolçuya ərəblərdən təklif gəldi
Kurtua ayın ən yaxşısı seçildi
"Şamaxı"nın legioneri oynadı, komandası pley-offa yüksəldi
“Suallarımız cavabsız qalanda məyusluq oldu” - Video
Mbappe ÇL-in ən yaxşısıdır
Ronaldo 16 il sonra ilk dəfə...
"Mançester Yunayted" xal itrdi - Video
A seriyasında yeni qərar
"Arsenal"ın 4 qollu qələbəsi - Video
Seneqal Afrika Millətlər Kubokunun pley-offunda
Misli Premyer Liqasında 101 debüt
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu
Kubok oyununda azı 3 qol vurdular
"Qarabağ"ın rəqibi məşqçisi ilə yollarını ayırdı
Klişi Mbappenin klubunun baş məşqçisi oldu
Mahir Emrelidən maraqlı paylaşım - Şəkil
Pedri hazırdır
Pyaniç karyerasını başa vurdu
Rusiya klubunun məşqçisi 32 yaşında vəfat etdi
Dünyanın ən bahalı qapıçıları - Siyahı
Əşrəf Hakimi 2 aydan sonra meydana qayıtdı
Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı
Avropada driblinq üzrə lider
Qələbə qazanmadan pley-offa yüksəldi
Azərbaycanda 1-ci liqa klubu dağılmaq ərəfəsində
La Liqada ilin rəmzi komandası
Ramos Avropaya qayıtmağa yaxındır
Misir Salahsız heç-heçə etdi, pley-offa vəsiqə qazandı