Daha 3 lisenziya və 3 bürünc medal

Daha 3 lisenziya və 3 bürünc medal
GÜLƏŞ 19 Sentyabr 2011 / 00:01 4764
-  A +

İstanbulda davam edən güləş üzrə dünya çempionatının 7-ci günündə daha 3 idmançımız lisenziya və medullar uğrunda mübarizəyə qoşulacaq.

Qol.Az-ın məlumatına görə, hər 3 idamnçımızın sərbəst güləş növü üzrə döşək üzərinə çıxacaq.

Artıq 66 kq-da Cəbrayıl Həsənov mübarizəyə qoşulub. Kipr idmançısı Stelios Mama ilə qarşılaşan güləşçimiz rəqibinə heç bir şans verməyib (7:0, 5:0). 1/8 finalda Gergeli Vellerlə (Macarıstan) üz-üzə gələn Həsənov bu dəfə də qalib gələrək (1:0, 1:0), adını 1/4 final mərhələsinə yazdırıb. Onun bu mərhələdəki rəqibi isə yaponiyalı idmançı Taşuhiro Yonemutsu olacaq.

Həsənov bu görüşdə də qalib gəlsə idi, London olimpiadasına lisenziyanı təmin edəcəkdi. Ancaq idmançımız bunu bacarmayıb. Yaponiyalı rəqibinə məğlub olan Həsənov yarım finala adlay bilməyib. Bununla belə Yonamutsu finala qədər irəlilədiyi üçün, Həsənova bürünc medal və lisenziya qazanmaq şansı yaranıb. O, isə şansını boşa verməyib. Batzoriqom Buyanjavı asanlıqla məğlub edən (1:0, 7:0) güləşçimiz bürünc medal üçün həlledici görüşdə bolqarıstanlı Leonid Bazana da eyni aqibəti yaşatmalı idi. Həsənov bu işin öhdəsindən də məharətlə gəlib. Bolqarıstanlı rəqibi Leonid Bazana 2:0 və 4:2 hesabları ilə qalib gələn güləşçimiz dünya üçüncüsü olub.

74 kq çəki dərəcəsində güləşən Əşrəf Əliyev rumıniyalı Marius Atofani ilə qarşılaşıb və qələbə qazanıb (2:0, 3:2). 1/8 finalda qazaxıstanlı Azat Dombayev üz-üzə gələn idmançımız rəqibini üstələyərək (1:0, 2:0) 1/4 finala yüksəlib. Əliyevin bu mərhələdki rəqibi isə ermənistanlı Muso Murtuzəliyevdir. İdmançımızın növbəti qələbəsi ona lisenziya qazandıracaqdı ki, güləşçimiz də bunun öhdəsindən lazımınca gəlib (4:2, 1:0). Əliyevin növbəti mərhələdəki rəqibi Cordan Burroqz (Amerika) olub. Lakin idmançımız əvvəlki görüşlərdəki uğurunu bu dəfə təkrarlaya bilməyib. Rəqibinə 4:5 və 0:3 hesabı ilə məğlub olan güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb. Venesuela idmançısı Rikardo Robert üzərində qələbə 0:2, 2:0, və 1:0-lıq qələbə qazanan Əliyev bürünc medala sahib çıxıb.

Ağır çəkili güləşçilərin mübarizəsində ölkəmizi təmsil edən Cəmaləddin Məhəmmədovun da ilk cəhdi uğurlu alınıb. 120 kq-da yarışan idmançımız ilk görüşündə macarıstanlı Daniel Liqeti ilə üz-üzə gəlib və rəqibini 6:3, 3:2 hesabı ilə üstələməyi bacarıb. Növbəti mərhələdə bolqarıstanlı Dimitar Kumçevlə qarşılaşan güləşçimiz bu dəfə də qələbəni bayram edən tərəf olub (3:0, 6:0). Əgər Məhəmmədov 1/4 finaldakı rəqibi çinli Zivei Denki də məğlub etsə, London olimpiadasına vəsiqə qazanacaqdı. O. da əlinən düşən fürsətdən maksimum yararlanıb. Ancaq təəssüf ki, Məhəmmədov də finalın bir addımlığında büdrəyib. Rusiya Bilal Maxovla görüşdə məğlub olan (1:0, 1:1, 1:4) olan Məhəmmədovun da bürünc medal qazanmaq şansı var idi. Monqolustanlı Çulunbat Jarqalsla qarşılaşan Məhəmmədov rəqibini 1:0 və 1:0 hesabları ilə məğlub edərək ölkəmizə növbəti bürünc medalı qazandırıb. 

Daha çox


Son xəbərlər
21.12.24  17:52

Tovuzda heç-heçə

21.12.24  13:57

Sane qərarını verdi