“Şəfa”nın kapitanı Murad Musayev Misli Premyer Liqasının 5-ci turunda “Sabah”a məğlub olduqları oyundan (0:3) sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında rəqibin gücünü xüsusi vurğulayıb:
“Bilirdik ki, ‘Sabah’ Çempionlar Liqasında çıxış edən komandadır. Onlara qarşı oynamaq bizim üçün çətin idi. Amma bəzi epizodlarda istədiklərimizi edə bildik. İndi isə növbəti oyuna hazırlaşırıq.
“Sabah çox usta komandadır. Heyətində təcrübəli və keyfiyyətli futbolçular var. Düşünürəm ki, yeni qurulmuş komanda üçün bu məğlubiyyət faciə deyil. Əsas odur ki, öz səhvlərimiz üzərində işləyək və onları aradan qaldıraq".
Növbəti turda “Qarabağ”la keçiriləcək oyun barədə danışan müdafiəçi qeyd edib: “Bir usta komandadan sonra digərinə qarşı oynayacağıq. "Qarabağ"ın səviyyəsi bəllidir. Bizi ağır və çətin oyun gözləyir. Çalışacağıq ki, yaxşı müqavimət göstərək".
M.Musayev 5 oyuna cəmi 2 qol vurmaları ilə bağlı isə bunları deyib: “Bəli, bu artıq bizim üçün problemə çevrilib. Qol vurmaqda çətinlik çəkirik. Məşqlərdə bunun üzərində işləyirik və ümid edirik ki, gələcək oyunlarda bu problemi aradan qaldıracağıq”.
Komandanın çempionatda autsayder kimi görünüb-görünmədiyi ilə bağlı suala Musayev belə cavab verib: “Yox, düşünmürəm ki, autsayderik. Yeni komandayıq, amma özümüzə inanırıq. Düşünürəm ki, qarşıdakı oyunlarda xallar toplayıb daha yaxşı yerlərə yüksələ bilərik. Komandanın buna potensialı var".
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu
Toral zəif oyununa görə əvəzləndi - İlk hissədə
“Qara dəniz” coşdu, Salah şou göstərdi - Video
Rafinyadan het-trik