“Qarabağ” avrokuboklarla vidalaşdı

“Qarabağ” avrokuboklarla vidalaşdı
KONFRANS LİQASI 27 Avqust 2026 / 22:48 8307
-  A +

"Qarabağ" bu gün  UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" komandasını qəbul edib. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edib. Görüş Niderland təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, komandalar arasında Niderlandda oynanılan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.

Beləliklə, "Tvente" hər iki oyunun nəticəsinə əsasən Liqa mərhələsinə yüksəlib. "Qarabağ" isə avrokuboklarla vidalaşıb.

27 avqust

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu

20:15. Qarabağ" (Azərbaycan) – "Tvente" (Niderland) - 1:4 

Qol: Kadi Borges, 59, (1:0), Pyatsa, 79 (1:1), Bruns, 90+2 (1:2), Veghorst, 94 (1:3), Taha, 114 (1:4)

Qırmızı vərəqə: Marko Yankoviç, 106 ("Qarabağ")

Baş hakim: Rohit Saqqi (Norveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 1:0

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner