“Beşiktaş” liqa mərhələsində - Yenilənir

“Beşiktaş” liqa mərhələsində - Yenilənir
XƏBƏR 27 Avqust 2026 / 23:08 3223
-  A +

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin son iştirakçılarının adına aydınlıq gələcək.

QOL.az xəbər verir ki, pley-offun 12 cavab oyununun hamısı eyni gündə keçiriləcək.

Türkiyə təmsilçilərindən "Beşiktaş" Litvada "Kauno Jalgiris"lə qarşılaşıb. Matç Litva təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatsa da, İstanbul klubu ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyinə görə mərhələ adlayıb. "Trabzonspor" isə Macarıstanda "Ferentsvaroş"la üz-üzə gələcək.

Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" isə "Lillestrom"u Norveçdə məğlub etməyə çalışacaq.

UEFA Avropa Liqası, pley-off mərhələsi, cavab oyunları

27 avqust 

20:00. “İberiya” (Gürcüstan) – “Yagelloniya” (Polşa) - 1:2

Qollar: Naçxebiya, 35 - İmaz, 31-pen; Klinge, 70

İlk oyun - 0:4

20:00. “Ararat-Armenia” (Ermənistan) – “Universitatya Krayova” (Rumıniya) - 1:0
Qol: Lima, 90+8
Qırmızı vərəqə: Mora, 90+11 ("U. Krayova")
İlk oyun - 1:1

21:00. “Kauno Jalgiris” (Litva) – “Beşiktaş” (Türkiyə) - 1:0

Qol: Oliveyra, 64

İlk oyun - 0:3

21:00. “Omoniya” (Kipr) – “Sent-Trüden” (Belçika)
İlk oyun - 0:1

21:00. “Lillestrom” (Norveç) – “Eqnatiya” (Albaniya) 
İlk oyun - 0:0

21:00. “Viktoriya” (Çexiya) – “Srvena Zvezda” (Serbiya)
İlk oyun - 0:3

21:00. “Zalsburg” (Avstriya) – “Myölbyu” (İsveç)
İlk oyun - 1:0

22:00. SSKA (Bolqarıstan) – OFİ (Yunanıstan)
İlk oyun - 0:3

22:00. “Orhus” (Danimarka) – “Benfika” (Portuqaliya)
İlk oyun - 1:3

22:00. “Tun” (İsveçrə) – “Lex” (Polşa)
İlk oyun - 0:7

22:30. “Anderlext” (Belçika) – “Kayrat” (Qazaxıstan)
İlk oyun - 3:0

22:30. “Ferentsvaroş” (Macarıstan) – “Trabzonspor” (Türkiyə)
İlk oyun - 1:0


Qarabağ FK
Son xəbərlər
topaz banner