Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Misxal istefa verib.
QOL.az xəbər verir ki, bu haqda o, sosial media hesabında paylaşım edib. Qərara səbəb milli komandanın 2026-cı il dünya çempionatında uğursuz çıxışı olub. Səudiyyə Ərəbistanı yığması H qrupunu 2 xalla sonuncu pillədə başa vuraraq turnirlə qrup mərhələsində vidalaşıb.
Əl-Misxal sosial şəbəkə hesabında paylaşdığı açıqlamada nəticəyə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib:
"Millinin dünya çempionatında növbəti mərhələyə yüksələ bilməməsi ambisiyalarımıza uyğun nəticə deyil. Buna görə tam məsuliyyəti öz üzərimə götürür, komandamızı daha yaxşı vəziyyətdə görmək istəyən hər kəsdən üzr istəyirəm. Hesab edirəm ki, məsuliyyət yeni mərhələyə yol açmağı tələb edir. Buna görə də səlahiyyət müddətimin sonuna qədər vəzifədə qalmamaq qərarına gəldim".
Yasir Əl-Misxal yeddi il federasiyaya rəhbərlik edib. O, həmçinin Səudiyyə Ərəbistanının 2034-cü il dünya çempionatına ev sahibliyi etmək hüququ qazanmasında mühüm rol oynayıb.
Foto: AP
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video
“Zirə”nin rəqibi finala yüksəldi
Messinin mundiallardakı 19-cu qolu - Video
İsveç millisinin məşq etdiyi stadion təəccübləndirdi - Video