"Barselona" ekvadorlu istedadı transfer etdi

"Barselona" ekvadorlu istedadı transfer etdi
DÜNYA FUTBOLU 28 İyun 2026 / 16:17 3633
-  A +

"Barselona" növbəti transferini reallaşdırıb.

QOL.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Ekvadorun "LDU Kito" klubunun 18 yaşlı futbolçusu Xosue Kaysedonu icarəyə götürüb.

Müqavilədə futbolçunun transfer hüququnun 2,5 milyon avroya alınmasını nəzərdə tutan bənd yer alıb. Həmçinin Kaysedo əsas komandanın heyətində müəyyən sayda rəsmi oyuna çıxacağı təqdirdə bu bənd məcburi qüvvəyə minəcək.

Qeyd edək ki, Xosue Kaysedo LDU-nun yetirməsidir. O, sürəti, hücumameyilli oyunu və universal xüsusiyyətləri ilə diqqət çəkir. Ekvadorlu futbolçuya Avropanın bir neçə klubu maraq göstərsə də, transfer yarışında qalib "Barselona" olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
17.08.26  16:20

"Qarabağ"da şok itki

17.08.26  13:58

"İmişli"də ayrılıq

topaz banner