“Ayntraxt” 5 futbolçusunu yola sala bilər

“Ayntraxt” 5 futbolçusunu yola sala bilər
DÜNYA FUTBOLU 7 İyun 2026 / 22:25 584
-  A +

Frankfurt “Ayntraxt”ı yayda böyük dəyişikliklərə hazırlaşır.

QOL.az xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, Artur Teate, Hüqo Larsson, Jan-Matteo Bahoya, Nataniel Braun və Can Uzun klubdan ayrıla bilər. Gənc oyunçulara Premyer Liqa və digər Avropa nəhənglərindən ciddi maraq var.

Klub Teate üçün 15-20 milyon avro, Larsson üçün 35-40 milyon avro, Bahoya üçün isə təxminən 40 milyon avro gəlir gözləyir. Braun “Bavariya”nın hədəfindədir və transferin 50-60 milyon avro aralığında həll olunması mümkündür. Can Uzun isə “Milan”, “Napoli”, İngiltərə klubları və “Qalatasaray”ın diqqət mərkəzindədir, “Ayntraxt” onun üçün ən azı 60 milyon avro tələb edir.

Ümumilikdə klub bu satışlardan təxminən 100 milyon avroya yaxın gəlir əldə edə bilər.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner