Azərbaycan millisinin müdafiəçisi və "Arda"nın futbolçusu Cəlal Hüseynov ötən gün "Botev"ə qalib gəldikləri oyun (2:1) haqda danışıb.
QOL.az gong.bg-ya istinadən xəbər verir ki, komandasının hər iki qolunun müəllifi olan və "Arda"ya vacib qələbə qazandıran 23 yaşlı futbolçu ən yaxşı günlərindən birini keçirdiyini deyib:
"Qeyd etdiyiniz kimi, ilk dəfədir dubl edirəm. Bu, mənim üçün ən yaxşı günlərdən biridir. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bilirik ki, "Botev" yaxşı komandadır. Turnir cədvəlində bir-birimizə yaxınıq. Turnir cədvəlində aramızda daha böyük fərq yaratmaq üçün qalib gəlməli olduğumuzu anlayırdıq. Mövsümü daha yaxşı şəkildə başa vurmaq üçün yaxşı imkanlarımız var və bunu etməliyik".
Cəlal dublu haqqında deyib: "Bu, futboldur. Biz 11 futbolçu ilə oynayırıq. Vurduğum ikinci qolun mükəmməl ötürməsini Dimitar Velkovski vermişdi. Qolun sirri də budur. Bugünkü qollarımı ailəmə həsr etmək istəyirəm".
O, "Lokomotiv"ə qarşı keçirəcəkləri növbəti matç haqda fikirlərini bölüşüb: "Bəlkə də onlar rotasiyalar edəcəklər. Görəcəyik. Amma həm növbəti oyunda, həm də son matçda yalnız üç xal haqqında düşünməliyik. Və yalnız bu şəkildə şanslarımızdan yararlana biləcəyik".
Millimizin üzvü Bolqarıstanda çətinlik çəkmədiyini, bolqar dilini öyrəndiyini söyləyib: "Mən bolqar dilini bilirəm. Danışmağı bacarıram, amma bir az utanıram. Paltardəyişmə otağında və komandada bolqar dilində danışıram və hər şeyi başa düşürəm".
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu