"Tottenhem" tarixində belə uğursuz olmamışdı

"Tottenhem" tarixində belə uğursuz olmamışdı
DÜNYA FUTBOLU 11 Mart 2026 / 09:25 458
-  A +

"Tottenhem" klub tarixinin antirekorduna imza atıb.

QOL.az "Opta"ya istinadən xəbər verir ki, bu,  UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" ilə ilk oyunundan (2:5) sonra qeydə alınıb.

London təmsilçisi tarixində ilk dəfə bütün yarışlar da daxil olmaqla ardıcıl altı oyunda məğlub olub. Bundan əvvəl "Tottenhem" İngiltərə Premyer Liqasında ardıcıl 5 məğlubiyyət almışdı. Bu seriyada baş məşqçi Tomas Frank vəzifəsindən kənarlaşdırılıb və onun yerinə xorvatiyalı məşqçi İqor Tudor təyin edilib.

Qeyd edək ki, "Atletiko" ilə cavab oyunu martın 18-də Londonda keçiriləcək.


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

topaz banner