Azərbaycan cüdoçusu Türkiyədə bürünc medal qazandı

Azərbaycan cüdoçusu Türkiyədə bürünc medal qazandı
CÜDO 8 Mart 2026 / 00:34 141
-  A +

Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib. 

QOL.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan milli komandasının bir üzvü fəxri kürsüyə qalxıb.

- 48 kq çəki dərəcəsində tatamiyə çıxan Könül Eyvazlı üçüncü yeri tutub. O, həlledici görüşdə Türkiyə təmsilçisi Büşra Ceylin Çoşkuna qalib gələrək bürünc medala layiq görülüb. 

Qeyd edək ki, turnirdə 21 ölkədən 550 cüdoçu qüvvəsini sınayır.

Daha çox


Son xəbərlər
07.03.26  18:46

Noyer sıradan çıxdı

topaz banner