Flikdən Levandovski açıqlaması

Flikdən Levandovski açıqlaması
XƏBƏR 7 Mart 2026 / 15:59 1163
-  A +

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hücumçusu Robert Levandovskinin durumu haqda danışıb. 

QOL.az xəbər verir ki, mütəxəssis polşalı forvardın tam sağaldığını və qarşıdakı oyuna hazır olduğunu təsdiqləyib. 

O, Levandovskinin bu gün La Liqanın 27-ci turunda “Atletik”lə matçın heyətində yer ala biləcəyini vurğulayıb. 

Qeyd edək ki, Levandovski 2022-ci ildən “Barselona”nın formasını geyinir. Martın 1-də onun zədələndiyinə dair xəbərlər yayılmışdı. 


Qarabağ FK
Son xəbərlər
15.10.26  16:59

Rafinya qayıtdı

topaz banner