Levandovski gələcəyindən danışdı

Levandovski gələcəyindən danışdı
XƏBƏR 7 Mart 2026 / 10:55 276
-  A +

"Barselona"nın hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, Levandovski "Sky Sports"a müsahibədə bildirib:

"Gələcəkdə nə etmək istədiyimə dair qərar qəbul etmək üçün özümə təxminən 3 ay vaxt verəcəyəm. "Barselona" bizi lazım olan hər şeyi təmin edir. Mən və ailəm burada özümüzü çox rahat hiss edirik".

37 yaşlı polşalı futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir. Cari mövsüm o, 32 oyunda iştirak edib, 14 qol vurub və 1 məhsuldar ötürmə verib.


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

topaz banner