A seriyasının ən yaxşısı odur

A seriyasının ən yaxşısı odur
XƏBƏR 7 Mart 2026 / 10:19 893
-  A +

İtaliya A seriyasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ötən ayın ən yaxşısı "Atalanta"nın baş məşqçisi Raffaele Palladino olub. Onun komandası fevral ayında 4 oyun keçirib və 3-də qələbə qazanıb. "Atalanta" "Kremoneze"yə (2:1), "Latsio"ya (2:0) və "Napoli"yə (2:1)  qalib gəlib, "Komo" ilə heç-heçə edib (0:0).

27 turdan sonra "Atalanta" 45 xal toplayıb və turnir cədvəlində 7-ci yerdədir. 


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner