"Bizim üçün bütün yarışlar önəmlidir. Hər bir turnirdə qarşımıza maksimum hədəflər qoyuruq. Çempionatı da, kuboku da qazanmaq istəyirik. Bu səbəbdən də "Şamaxı" ilə görüş vacib idi. İlk matçda hesab xeyrimizə olmasa da, yekunda iki oyunun nəticəsi üzümüzü güldürdü. Yaxşı oynadıq, layiqli olaraq yarımfinaldayıq".
QOL.az saytına müsahibəsində bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O, matçın sonlarında "Qarabağ"ın qapısına penalti təyin olunmasına belə münasibət bildirib: "Futbolda hər şeyə hazır olmaq lazımdır. Əgər rəqib penaltini dəqiq yerinə yetirsəydi, əlavə vaxta gedəcəkdik. Belə oyunlarda hər bir epizod önəm daşıyır".
"Yarımfinalda "Sabah", yoxsa "Qəbələ" ilə qarşılaşmaq istəyirsiniz?" sualını K.Borges belə cavablandırıb: "Ciddi fərqi yoxdur. Qarşıda bizi finala çıxmaq üçün iki matç gözləyir. Hədəfimiz kuboku qazanmaqdır. Final oynamaq istəyirik".
Braziliyalı yarımmüdafiəçi "Qarabağ"ın mövsümü qızıl dublla bitirmək ehtimalına da toxunub: "Əvvəldə dediyim kimi, futbolda hər şey mümkündür. Niyə də yox?! Biz bunu bacararıq".
Foto: "Qarabağ" FK
La Liqaya haker hücumu
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb
Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2-ci qolunu vurdu