"Sabah"dan qələbə, "İmişli" - "Şamaxı" matçında heç-heçə

"Sabah"dan qələbə, "İmişli" - "Şamaxı" matçında heç-heçə
PREMYER LİQA 22 Fevral 2026 / 18:59 8314
-  A +

Bu gün Misli Premyer Liqasında 21-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, son oyun gününə iki görüş nəzərdə tutulub.

Əvvəlcə "İmişli" "Şamaxı"nı qəbul edib. Qubada keçirilən görüş qolsuz başa çatıb - 0:0. Komandaların ilk dövrədəki oyununda "Şamaxı" 1:0 hesabı ilə qalib gəlib.

Günün son oyununda isə "Sabah" "Kəpəz"i qəbul edib. Masazırda keçirilən qarşılaşmada "Sabah" meydandan 1:0 hesabı ilə qalib ayrılıb. Bu komandaların ilk dövrədəki qarşılaşmasında "Sabah" 3:1 hesablı qələbə qazanıb.

22 fevral (bazar) 

17:00. “Sabah” – “Kəpəz” - 1:0

Qol: Kahim Parris, 88
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”

14:30. “İmişli” – “Şamaxı” - 0:0 
Hakimlər
: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Quba OİK stadionu

20 fevral (cümə)

“Turan Tovuz” - “Zirə” - 2:0

“Sumqayıt” - “Qəbələ” - 0:0

21 fevral (şənbə)

“Karvan-Yevlax” - “Araz-Naxçıvan” - 0:2

"Neftçi" - "Qarabağ" (Təxirə salınıb)

Bombardirlər:

Bassalu Sambu ("Neftçi") - 9 qol

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Velko Şimiç (“Sabah”) - 9 qol

Emin Mahmudov (“Neftçi”) - 7 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Karim Rossi ("Şamaxı") - 7 qol

Dioqo Almeyda ("İmişli") - 7 qol

Daha çox


Son xəbərlər
topaz banner