"Şamaxı" Misli Premyer Liqasının 21-ci turu çərçivəsində "İmişli" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə yekunlaşıb.
QOL.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis rəqibin müqavimətini qırmağın asan olmadığını və komandaların bərabər səviyyəli mübarizə apardığını bildirib:
"Çətin oyun olacağını əvvəlcədən bilirdik, futbolçularımız meydanda çox əziyyət çəkdilər. Oyunun gedişatına nəzər salsaq, hər iki komandanın bir xala layiq olduğunu görərik. Təhlükəli epizodlar, əsasən, standart vəziyyətlərdən yarandı".
A.Abbasov müdafiə xəttindəki müsbət dəyişikliklərə və komandanın son oyunlardakı performansına da toxunub:
"Sevindirici haldır ki, artıq iki oyundur qapımızda qol görmürük. Cari mövsümdə bizim üçün ən vacib amillərdən biri məhz bu idi, oyunumuzu bu yöndə inkişaf etdirmək istəyirdik. Əvvəlki matçlarda çox vaxt sadə səhvlərdən qollar buraxırdıq. İndi isə müdafiədə daha etibarlı təsir bağışlayırıq və bu tendensiyanı davam etdirməyə çalışacağıq".
Mütəxəssis komandanın qarşıdakı hədəflərindən və futbolçuların fərdi inkişafından da söz açıb:
"İlin əvvəlində futbolçularıma tapşırmışdım ki, hər kəs öz karyerasını göz önünə gətirsin və pik nöqtəyə çatmağa çalışsın. Məsələn, kimsə ötən mövsüm 7 qol vurubsa, bu il həmin sayı 9-a çatdırsın və ya oyun sayını artırsın. Hazırda bəzi oyunçularımız karyeralarının ən yaxşı dövrünü keçirirlər".
Təcrübəli məşqçi Azərbaycan kubokundakı iddialarını gizlətməyib:
"Kubokda iddialıyıq, konkret hədəflərimiz var və mübarizəni sona qədər davam etdirmək istəyirik. Rəqibimiz güclüdür, bizi çətin sınaq gözləyir. Lakin ilk oyundakı nəticə bizə şans verir ki, sona qədər döyüşək. Futbolçularımda lazımi hədəf və idman hirsini görürəm. Kubokun cari mövsümündə ilk "altılıq"da yer almayan komandalar da iddialıdır. İstər "Qəbələ"nin, istərsə də bizim irəliləmək şansımız var. Çox istərdim ki, beşlikdə olmayan komandalar kubokda daha irəliyə getsinlər, bu, turniri daha maraqlı edərdi".
Baş məşqçi son zamanlar ölkə futbolunda müzakirə olunan hakimlik və infrastruktur məsələlərinə isə özünəməxsus şəkildə toxunub:
"Məncə, son oyunlarda baş verənlərdən sonra hakimlik haqqında nə isə danışmaq yersizdir. Hər şey deyilib, mən buna əlavə nə edə bilərəm ki? Sadəcə, sevindirici haldır ki, bir problemi də biz həll etdik. Sən demə, qapılar standartlardan 11 sm hündür imiş. Futbolumuza xeyrimiz dəydi və nəhayət, qapılar standart ölçülərə gətirildi".
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır