Mahir Emreli 3 ay sonra iştirak ərizəsində

Mahir Emreli 3 ay sonra iştirak ərizəsində
ÖLKƏ FUTBOLU 22 Fevral 2026 / 15:35 1751
-  A +

Uzun müddətdir zədəli olan "Kayzerslautern"də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün meydana çıxa bilər.

QOL.az xəbər verir ki, onun adı 2-ci bundesliqanın 23-cü turunda "Proyssen Munster"lə keçiriləcək səfər matçı üçün açıqlanan siyahıda var. Emreli ehtiyat oyunçular arasında yer alıb.

Sözügedən oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Qeyd edək ki, Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan oyunlardan kənarda qalmışdı. 28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
18.06.26  22:50

Vitinyadan yeni rekord

18.06.26  11:26

Fransa millisində itki

18.06.26  11:02

Enzo Fernandez "Real"da

topaz banner