Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə karyerasını ABŞ-ın MLS təmsilçisi "Kolambus Kru" ("Columbus crew") komandasında davam etdirəcək.
Artıq həm ABŞ, həm də "Qarabağ" klubu bu keçidi rəsmən açıqlayıblar. 21 yaşlı futbolçu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb.
MLS-ə son illər maraq artmağa başlayıb. Lionel Messi, Luis Suarez, Sergio Busquets kimi dünya səviyyəli oyunçuların MLS-ə transferi liqaya qlobal diqqət gətirib. Xüsusilə Messinin Devid Bekhemin sahibi olduğu "İnter Mayami"yə keçidi liqanın reytinqini və izləyici sayını ciddi şəkildə artırıb.
Nərimanın yeni klubu "Kolambus Kru"ya gəlincə, o, MLS-in ən tanınmış və uğurlu klublarından biridir. Ohayo ştatının Kolumbus şəhərini təmsil edən klub “Black & Gold” (Qara və Qızılı) rəngləri ilə məşhurdur. Tarixləri, uğurları və azarkeş mədəniyyəti ilə MLS-in əsas sütunlarından sayılırlar. "Kolumbus Kru" MLS-in ilk mövsümündə (1996-cı il) iştirak edən 10 klubdan biridir. Klub özü isə 1994-cü ildə yaradılıb.

"Kolambus Kru" 3 dəfə MLS çempionu olub (2008, 2020 və 2023-cü ildə). Ev oyunlarını 20 min tamaşaçı tutumu olan "ScottsMiracle-Gro Field" arenada keçirir (2026-cı ildən MLS mövsümü üçün yenilənmiş sponsor adıdır). Nərimanın yeni baş məşqçisi isveçli Henrik Per-Erik Ridströmdur. O, bu vəzifəyə 2025-ci ilin dekabrın 31-də təyin olunub. Bunadək son olaraq 3 il ölkəsində "Malmö"nün baş məşqçisi işləyib.
Sonuncu - 2025-ci il mövsümündə "Kolambus Kru" MLS-də 12-ci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə "Sintsinnati" komandasına hər iki oyunda uduzaraq (0:1, 0:4) mübarizəni dayandırıb. Liqanın qalibi isə Messinin komandası "İnter Mayami" olub.
"Kolambus Kru"nun azarkeş qrupu “Nordecke” adlanır. Onlar matçlarda sehrli atmosfer yaradırlar və klubun simvollarından sayılırlar.

"Kolambus Kro" azarkeşləri
MLS-də yeni mövsüm fevralın 21-də başlanacaq. Həmin gün "Kolambus Kro" səfərdə "Portlend Timbers"lə qarşılaşacaq. Nərimanın bu oyunda iştirak edib-etməyəcəyi hələlik qeyri-müəyyəndir.
Heç şübhəsiz, 21 yaşlı Axundzadə üçün karyerasının ən maraqlı qarşılaşması Lionel Messinin "İnter Mayami"sinə qarşı ola bilər. Yeni mövsümün qrup mərhələsində "Kolumbus Kru" və "İnter Mayami" 2 dəfə üz-üzə gələcək: 2 avqust və 28 sentyabrda.
Amma əlbəttə, hər iki futbolçunun eyni anda həmin matçda iştirak edib-etməyəcəyini yalnız zaman göstərəcək.
Bəs, Nərimanı yeni klubunda necə bir rəqabət gözləyir?
Dieqo Rossi
Klubun ən məşhur hücumçusu Dieqo Rossidir. Bir vaxtlar Türkiyədə "Fənərbaxça"da da oynamış Uruqvay millisinin 27 yaşlı hücumçusu "Kolambus"da ötən mövsüm 16 qol vurub. Ümumən isə o, 2 il ərzində ABŞ klubunda bütün turnirlərdə 101 oyun keçirib, 45 qol vurub və 19 qol ötürməsi edib.
Beləliklə, "Qarabağ"da öz oyunu ilə bəzən tərif qazanan, amma çox vaxt tənqidlə üzləşən gənc futbolçumuz üçün karyerasının yeni bir mərhələsi başlayır. Azərbaycandan 8000 min km. uzaqlıqda. Okeanın o tayında.
Məşhur mahnıda deyildiyi kimi, macəra dolu Amerikada...
Uğurlar, Nəriman!
Elnur, QOL.az
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar