Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ulduz futbolçusu Kriştiano Ronaldonun tələblərini yerinə yetirməyə başlayıb.
QOL.az "Arriyadiyah"a istinadən xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı hücumçuya idarəçilikdəki səhvlərin düzəldiləcəyinə dair təminat verib.
Məlumata görə, yaxın günlərdə klub əməkdaşlarının yığılıb qalan maaş borcları tam ödəniləcək. Bununla yanaşı, rəhbərlikdə ciddi kadr islahatları gözlənilir. İdarə Heyətinin sədri Abdulla Əl-Majedin istefaya göndəriləcəyi bildirilir.
Bundan başqa, Ronaldonun əsas tələblərindən biri də yerinə yetirilir. Belə ki, dekabr ayında klubdan kənarlaşdırılan Joze Semedu və Simao Koutinyonun səlahiyyətləri bərpa olunacaq.
Xatırladaq ki, Ronaldo klubdakı idarəçilikdən narazı olduğu üçün son oyunları boykot etmişdi.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı