“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 25-ci turunda “Liverpul” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
QOL.az bu haqda BBC-yə istinadən xəbər verir.
“Mançester Siti” hesabda geridə olduğu matçın sonlarında iki qol vuraraq vacib qalibiyyət əldə edib.
“Bu oyun Premyer Liqa üçün əla reklam oldu. Birinci hissə həqiqətən yaxşı keçdi, ikinci hissədə isə bir qədər tempi itirdik. “Enfild”də bu cür hallar olur. Bundan sonra daha birbaşa oynamağa başladıq, sonra topu itirdik və çox passiv olduq.
Soboslainin zərbəsi necə gözək idi! Bundan sonra kapitanımız Bernardo Silvanın sayəsində oyuna qayıtdıq. Döyüş ruhu var idi, ümumilikdə birinci hissə çox yaxşı idi, ikinci hissədə isə bir az yorulduq. Marmuş və Haaland passiv idilər, buna görə də bizə çətin oldu.
Matçın sonu? Deyirdik ki, yaxşı, hakim, qolu say və evinə get!” — deyə Qvardiola bildirib (BBC).
25 turdan sonra “Liverpul” 39 xalla 6-cı pillədə qərarlaşıb. “Şəhərlilər” isə 50 xal toplayaraq turnir cədvəlinin ikinci sırasında yer alıb.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı