Nüfuzlu insayder Fabrizio Romano özünün YouTube kanalında Kriştiano Ronaldunun “Əl-Nəsr”in oyunlarını boykot etməsi və gələcəyi ilə bağlı vəziyyətə ətraflı aydınlıq gətirib. Onun sözlərinə görə, məsələ futbolçu ilə klub arasında münasibətlərlə bağlı deyil.
QOLaz xəbər verir ki, o bildirib:
“Bir məqamı dəqiqləşdirim. Problem Kriştiano Ronaldo ilə ‘Əl-Nəsr’ klubu arasında deyil. Onun baş məşqçi, komanda yoldaşları, azarkeşlər və klub rəhbərliyi ilə münasibətləri çox yaxşıdır. Rəhbərlik vacib iş görür və Ronaldo klubda çalışan insanlardan çox razıdır.
Amma bir də PIF — Səudiyyə Pro Liqasının bir neçə klubuna nəzarət edən fond var. İnvestisiya, büdcə və digər qərarları onlar verir. Ronaldonu narazı salan da məhz budur — bir neçə klub üzrə idarəçilik və ümumi strategiyanın yüksək səviyyədə necə qurulması.
Söhbət klub rəhbərliyindən, məşqçi heyətindən və ya komanda yoldaşlarından getmir. Bunu vurğulamaq vacibdir. Ona görə də demək olmaz ki, Ronaldo ‘Əl-Nəsr’lə münasibətləri qırır. Qətiyyən yox. Sadəcə o, liqada bəzi klubların ən yüksək səviyyədə idarə olunmasından və buna cavabdeh olan şəxslərdən narazıdır".
Qeyd edək ki, Ronaldo artıq komandasının çempionat çərçivəsində keçirdiyi iki oyunu buraxıb. İddialara görə, o, üçüncü matçı da boykot edə bilər.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı