İtaliya A Seriyasının lideri "İnter"in azarkeşləri cəzalandırılıb.
QOL.az xəbər verir ki, "Reuters"in məlumatına görə, İtaliya Daxili İşlər Nazirliyi Milan klubunun fanatlarına martın 23-nə qədər səfər oyunlarına getməyi qadağan edib.
Bu sərt qərara səbəb bazar günü "Kremoneze" ilə matçda qonaq sektorundan qapıçı Emil Auderoya tərəf yandırıcı maddənin (fayer) atılması olub.
Qərara əsasən, Lombardiya bölgəsində yaşayan azarkeşlərə "Sassuolo", "Leççe" və "Fiorentina" ilə səfər oyunları üçün bilet satışı dayandırılıb. Ancaq martın 8-də əzəli rəqib "Milan"la keçiriləcək derbi matçı bu qadağaya şamil edilməyib. Nazirlik bunu oyunun eyni şəhərdə keçirilməsi və azarkeşlərin səfər etməsinə ehtiyac olmaması ilə əsaslandırıb.
Qeyd edək ki, hazırda turnir cədvəlinə başçılıq edən "İnter" ən yaxın izləyicisini 8 xal qabaqlayır. Komanda bu bazar günü "Sassuolo"nun qonağı olacaq.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”