Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, “Əl-Nəsr” klubu rəhbərliyi ölkə çempionatında “Ər-Riyad”la keçirilən oyundan (1:0) əvvəl və sonra futbolçuların və baş məşqçinin fləş-müsahibə zonasına çıxmasına icazə verməyib.
QOL.az xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” nəşri xəbər yayıb.
Məlumatda vurğulanır ki, bu vəziyyət klub rəhbərliyindən narazı olan və “Ər-Riyad”la oyunda meydana çıxmaqdan imtina edən portuqaliyalı hücumçu Kriştiano Ronaldonun boykotu fonunda baş verib.
Nəticədə nə baş məşqçi Jorje Jezuj, nə də komandanın futbolçuları media öhdəliklərini yerinə yetiriblər. Portuqaliyalı mütəxəssis Səudiyyə liqasında ənənəvi olan oyunöncəsi fləş-müsahibədə və “Ər-Riyad”la görüşdən sonra keçirilən mətbuat konfransında da iştirak etməyib.
Səudiyyə mediası bildirir ki, Jorje Jezuj oyundan sonra açıqlama verməməsinə görə üzr istəyib. Bu hadisəyə görə klubun yüksək məbləğdə cərimələnəcəyi gözlənilir.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”