Qazaxıstanın “Kayrat” klubu aparıcı futbolçularından biri ilə vidalaşıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almatı təmsilçisi belaruslu yarımmüdafiəçi Valeri Qromıko ilə müqavilə müddəti başa çatdığı üçün yollarını ayırıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2024-cü ilin yayında “Kaysar”dan “Kayrat”a keçib və qısa müddətdə komandanın aparıcı oyunçularından birinə çevrilib. O, klubun Qazaxıstan çempionu olmasında mühüm rol oynayıb. Qromıko yeni mövsümə də uğurla start verərək “Aktobe” üzərində Superkubok qələbəsində həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalıb.
Belaruslu yarımmüdafiəçi “Kayrat”la Çempionlar Liqasının liqa mərhələsində də çıxış edib. O, Almatı klubunun heyətində keçirdiyi bir il ərzində meydana çıxdığı 57 oyunda 7 qol vurub, 15 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Qromıko karyerası ərzində Belarusda “Minsk”, “Şaxtyor” (Soliqorsk), BATE, Rusiyada isə “Arsenal” (Tula) və “Torpedo” (Moskva) kimi klubların formasını geyinib.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki