Van Deykdən "Qarabağ"la oyunda tarixi uğur

Van Deykdən "Qarabağ"la oyunda tarixi uğur
XƏBƏR 29 Yanvar 2026 / 16:12 2065
-  A +

"Liverpul"un futbolçusu Vircil Van Deyk ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Qarabağ"la matçda tarixi uğura imza atıb.

QOL.az xəbər verir ki, bu  haqda "WhoScored" məlumat yayıb.

34 yaşlı müdafiəçi sözügedən görüşdə 3 qol ötürməsi verib. Nəticədə Van Deyk ÇL-də 1 matçda 3 məhsuldar ötürmə edən ilk mərkəz müdafiəçisi olub.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyununda meydan sahibləri 6:0 hesablı qələbə qazanıblar. Buna baxmayaraq, Ağdam təmsilçisi turnir cədvəlini 22 sırada başa vuraraq pley-offa adlayıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
18.06.26  22:50

Vitinyadan yeni rekord

18.06.26  11:26

Fransa millisində itki

18.06.26  11:02

Enzo Fernandez "Real"da

topaz banner