“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Almaniyada yeni futbol liqasının yaradılması ilə bağlı planlar üzərində çalışır.
QOL.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilir ki, Klopp gənc futbolçuların Bundesliqaya keçiddən əvvəl vacib təcrübə qazanmalarına kömək edəcək U-21 liqasının yaradılmasını planlaşdırır. O, bu layihə üzərində Markus Kröşe, Sami Xedira, Andreas Rettig və Mark Lentslə birgə işləyir. Qeyd olunur ki, yeni liqa ideyası gənc istedadların əsas komandalara düşməkdə çətinlik çəkməsi ilə bağlı artan narahatlıq fonunda yaranıb.
Bildirilir ki, təşkilatçıların fikrincə, hazırkı sistemin əsas çatışmazlıqları bunlardır: Avropanın ən məhsuldar 100 akademiyası sırasında cəmi 9 alman akademiyasının yer alması, Bundesliqanın Avropanın beş aparıcı liqası arasında öz sistemində yetişmiş futbolçuların sayına görə sonuncu olması, həmçinin Bundesliqada oyun vaxtının 85 faizinin akademiyadan çıxmamış oyunçulara məxsus olması.
Hazırda Yurgen Klopp “Red Bull Zalsburq” strukturunda futbol istiqaməti üzrə qlobal rəhbər vəzifəsini tutur.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki