UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan “Liverpul”un İngiltərə Premyer Liqasında uğursuz çıxışı yerli idman medianın müzakirə mövzularındandır. Komanda daxili çempionatda keçirdiyi son 5 oyunda 1 qələbə belə qazana bilməyib (4 heç-heçə, 1 məğlubiyyət).
"Liverpul"un sabiq futbolçusu və tanınmış futbol eksperti Ceymi Karrager baş məşqçi Arne Slotun fəaliyyəti ilə bağlı sərt açıqlamalar verib.
QOL.az İngiltərə mətbutına istinadən xəbər verir ki, “Sky Sports”da çıxışı zamanı Karrager “Liverpul”un bu mövsümkü çıxışını kəskin tənqid edib və mövsümün sonu Çempionlar Liqasına vəsiqə qazanılmayacağı halda klubun baş məşqçi dəyişikliyinə gedə biləcəyini bildirib.
Karrager qeyd edib ki, “Liverpul” hazırda Premyer Liqada aparıcı klub üçün ən vacib olan üç əsas məqamın (standart vəziyyətlər, əks-hücumlar və sıx müdafiəni yarmaq) öhdəsindən gələ bilmir və bu problemlərin həlli birbaşa baş məşqçinin məsuliyyətidir.
“Liverpul”un son 5 Premyer Liqa oyununda qələbə qazana bilmədiyini və hazırda turnir cədvəlində ilk “dördlük”dən kənarda qaldığını xatırladan Karrager belə deyib:
“Düşünürəm ki, "Liverpul" həm klub, həm də azarkeşlər baxımından bu mövsüm çempionluq uğrunda mübarizə aparmamağa görə müəyyən qədər kollektiv məsuliyyəti qəbul edə bilər. Son həftələrdə "Mançester Yunayted"in, eləcə də "Çelsi"nin etdiklərini gördükdə "Liverpul"un mövsümü harada bitirə biləcəyi sual doğurur. Komandanın yarışı Çempionlar Liqası zonası xaricində başa vuracağından narahatam. Çünki Premyer Liqa futbolu üçün tam hazır deyillər. Növbəti mövsüm Çempionlar Liqasına vəsiqə ilə bağlı qorxu yaranan andan etibarən, artıq baş məşqçinin işi barədə tamamilə fərqli mövqedən danışmağa başlayırıq.
450 milyon funt xərcləmək və liqada ən yüksək maaş büdcəsinə sahib olmaqla Çempionlar Liqasına düşməmək artıq çox ciddi suallar doğuracaq.”
Qeyd edək ki, artıq Britaniya mətbuatında hazırkı mövsümün sonu "Real"dan ayrılan Xabi Alonsonunun komandaya baş məşqçi təyin ediləcəyi haqda xəbərlər yayılıb. Mənbələrin məlumatına əsasən, Alonsonun mövcudluğu Arne Slot üzərində təzyiqi daha da artırıb və nəticələr qısa müddətdə yaxşılaşmasa, mövsüm ərzində istefa ehtimalı istisna edilmir. Klub rəhbərliyinin Alonsonu yüksək qiymətləndirdiyi qeyd olunur.
Bununla yanaşı, “Liverpul” tarixinin ən böyük futbolçularından biri olan Stiven Cerrardın da mümkün namizəd kimi gündəmdə olduğu bildirilir. “Reyncers”, “Aston Villa” və “Əl-İttifaq”da çalışmış Cerrard Slotun vaxtından əvvəl ayrılacağı halda müvəqqəti baş məşqçi kimi işləməyə hazır olduğunu klub rəhbərliyinə çatdırıb.
Bu ssenaridə Cerrard yayda komandaya rəhbərlik edəcək Xabi Alonso üçün keçid fiquru rolunu oynaya bilər.
Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la oyundan sonra Premyer Liqada “Nyukasl” və “Mançester Siti” ilə çətin qarşılaşmalara çıxacaq. Bu görüşlərdə mümkün xal itkiləri Arne Slotun taleyinə birbaşa təsir göstərə bilər.
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə
"Mançester Siti" "Liverpul"un ulduz futbolçusu ilə razılaşdı
"Qalatasaray" Rafael Leaonun transferini açıqladı
"Fənərbaxça"dan ayrıldı, "Ayaks"a keçdi
Azərbaycan millisinin üzvü "Sampdoriya"da debüt etdi
Emiliano Martines "Çelsi"də - Rəsmi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Rüfət İsraildə gözəl qol vurdu - Video
“Qarabağ”dan bu yayın 11-ci transferi - Rəsmi
"Barselona" bu futbolçunu satdı
5 qol və "Qalatasaray"ın qələbəsi - Video
"Araz-Naxçıvan"ın bütün rəqibləri bilindi
Yankoviç “Qarabağ”dan ayrılacaqmı? - Son xəbər…
"Borussiya" qalib gəldi, "Bayer" uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi