"Bu gün 20 yanvardır. Bilirəm ki, ölkə üçün çox kədərli gündür. Bundan 26 il əvvəl çoxlu insan müstəqillik üçün küçələrə axın etmişdi və həyatlarını qurban vermişdi. Allah onlara rəhmət etsin".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Pedro Bikalyo Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda sabah "Ayntraxt"a qarşı keçirəcəkləri ev oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
24 yaşlı yarımmüdafiəçi Frankfurt təmsilçisi ilə görüşün komandası üçün əhəmiyyətli olduğunu vurğulayıb: "Oyunla bağlı deyə bilərəm ki, bu, Çempionlar Liqasıdır. Bizm üçün çox önəmli matçdır. Bildiyiniz kimi, biz Türkiyədə idik və orada kiçik təlim-məşq toplanışı keçdik. Bu da bizim üçün vacib idi. İnanıram və ümid edirəm ki, təlim-məşq toplanışında üzərində işlədiklərimizi sabahkı oyunda həyata keçirə biləcəyik".
Braziliyalı futbolçu sabahkı oyunun öz karyerası üçün də xüsusi önəm kəsb etdiyini qeyd edib: "Turnirin nəhəngliyini və oyunun vacibliyini nəzərə alsaq, əminliklə deyə bilərəm ki, doğrudan da bu matç mənim karyeram üçün də çox vacibdir. Qalib gələcəyimiz halda nələr olacağını təsəvvür edə bilirsiniz".
O, "Yenidən oyunun ən yaxşısı seçilmək kimi bir məqsədiniz varmı" salına belə cavab verib: "Belə bir məqsədim yoxdur. Əsas olan komandamızın qələbə qazanmasıdır. Oyundan sonra kimin matçın ən yaxşısı seçiləcəyi artıq başqa məsələdir. Matçın ən yaxşısı seçilmək kimi bir məqsədim yoxdur".
P.Bikalyo transfer iddialarına da münasibət bildirib. O, belə xəbərlərin "Ayntraxt"la matça köklənməyinə problem yaratmadığını söyləyib: "Qətiyyətlə deyə bilərəm ki, bu, mənə heç bir maneə törətmir. Bu oyun mənim karyeramın ən vacib matçıdır. Digər məsələlər Qurban Qurbanovun, klub rəhbərliyinin işləridir. Mən yalnız oyunu düşünürəm".
Xatırladaq ki, P.Bikalyo Çempiolar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Benfika" ilə oyunun (3:2) ən yaxşısı seçilmişdi.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda