“Neftçi”nin qapıçısı Kenan Piriç Misli Premyer Liqasının 15-ci turunda “Sumqayıt”la heç-heçə (2:2) etdikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Bizim üçün məyusedici nəticədir. Oyuna çox yaxşı başladıq. İlk hissədə çox fəal idik. Matçın ilk 50 dəqiqəsində 2 qol vurduq. Hesab arasındakı fərqi daha da artırmalı, 3-cü, 4-cü qolu vurmalıydıq. Bunun üçün xeyli şansımız da oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədik. Sonradan nə baş verdisə, rəqib üstünlüyü ələ aldı. Əsəbləşirəm ki, bu cür xal itkisi ilə üzləşdik.
- “Neftçi” əksər matçlarda 2-ci hissədə zəif görünür. Bu, nədən irəli gəlir?
- Deməzdim zəifik. “Sumqayıt”la oyundakı nəticəni bəxtsizliklə əlaqələndirərdim. Bu, mövsümdəki ən yaxşı oyunumuz idi. Tam üstün idik. Lakin qələbə şansını əldən verdik.
- Yuri Vernidubun gəlişi “Neftçi”də nəyi dəyişib?
- İlk növbədə oyun nizam-intizamını qeyd edərdim. Hamı gördü ki, ilk 45 dəqiqədə necə intizamlı oynadıq. Rəqibə heç bir şans vermədik. Lakin fasilədən sonra oyunumuzu itirdik. Xeyli çətinliklə üzləşdik. Ümid edirəm ki, növbəti matçlarda 90 dəqiqə eyni tempdə çıxış edəcəyik.
- Baş məşqi təyinatından sonra sizinlə söhbətində nələr dedi?
- Əvvəlki oyunların analizini apardıq. Çatışmazlıqlarımızı, səhvlərimizi dedi.
- Yuxarı pillələrdən xeyli aralı düşdüyünüzü nəzərə alsaq, “Neftçi”nin mövsümün 2-ci hissəsindəki hədəfi nə olacaq?
- Hədəfimiz itirilən xalları bərpa etmək, fərqi azaltmaq və turnir cədvəlində daha da irəli getməkdir.
Fonsekanı o əvəzlədi
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı