UEFA Çempionlar Liqasında 6-cı turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
QOL.az xəbər verir ki, “Arsenal” klubunun və İngiltərə millisinin cinah hücumçusu Noni Madueke həftənin ən yaxşı futbolçusu adına layiq görülüb. “Brügge” ilə qarşılaşmada (3:0) dubl edən gənc ulduz səsvermədə Şarl de Ketelare (“Atalanta”), Oskar Qlux (“Ayaks”) və Jül Kundeni (“Barselona”) geridə qoymağı bacarıb.
Belçika təmsilçisi ilə görüşdə cərimə meydançası xaricindən möhtəşəm zərbə və başla vurduğu qollarla yadda qalan Madueke komandasının qələbəsində həlledici rol oynayıb.
Qeyd edək ki, 2025-ci ilin yayında “Çelsi”dən “Arsenal”a transfer olunan futbolçu qısa müddətdə komandaya uyğunlaşaraq əsas oyunçulardan birinə çevrilib.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas