“Dörd qol fərqi ilə uduzmaq sərt və ağır oldu”

“Dörd qol fərqi ilə uduzmaq sərt və ağır oldu”
DÜNYA FUTBOLU 23 Noyabr 2025 / 22:49 46
-  A +

"Atletik Bilbao"nun hücumçusu Niko Uilyams La Liqanın 13-cü turunda “Barselona”ya 0:4 hesabı ilə uduzduqları oyunu şərh edib.

QOL.az xəbər verir ki, gənc futbolçu “Kamp Nou”dakı atmosferin çətinliyindən və rəqibin təzyiqindən danışıb:

“Barselona "Kamp Nou"ya elə qayıtdı, sanki heç vaxt buradan getməmişdi. Dörd qol fərqi ilə uduzmaq sərt və ağır oldu, çünki bizə heç bir dəqiqə belə nəfəs almağa imkan vermədilər”.

Qeyd edək ki, növbəti turda “Barselona” “Alaves”i qəbul edəcək, “Atletik” isə səfərdə “Levante” ilə qarşılaşacaq.


Son xəbərlər