La Liqanın prezidenti Xavyer Tebas diskvalifikasiya ilə üzləşə bilər.
QOL.az xəbər verir ki, bu haqda AS məlumat yayıb.
Buna səbəb onun “Barselona” ilə bağlı məxfi maliyyə məlumatlarını açıqlamasıdır.
Noyabrın 21-də İspaniya İdman İnzibati Tribunalı (TAD) Tebasa qarşı iş açıb. İttiham 2025-ci il aprelin 2-də La Liqanın rəsmi saytındakı bəyanat vasitəsilə "Barselona" tərəfindən verilən məxfi məlumat ictimaiyyətə elan edib. Qaydalara görə, belə məlumatlar mühafizə olunmalıdır.
Ötən mövsüm "Barselona"da maliyyə problemləri yaranıb. Həmin vaxt Kataloniya klubu 2024-cü ilin yayında Almaniyanın “Leyptsiq” klubundan 55 milyon avroya aldığı oyunçu Dani Olmonu qeydiyyatdan keçirməkdə çətinlik çəkirdi. Həmçinin Kataloniya təmsilçisi əlavə maliyyə problemləri ilə də qarşı-qarşıya idi. Bu vaxt isə La Liqa oyunçuların qeydiyyatdan keçirilməsinə görə icazəni ləğv etmək fikrində idi.
"Barselona" isə Tebası məxfiliyi pozmaqda ittiham edib. Buna cavab olaraq La Liqa rəsmi saytından və digər rəsmi kanallardan bəyanatı silib. TAD Tebası günahkar hesab edərsə, o, ictimai töhmətdən tutmuş 2 aydan 1 ilədək işdən kənarlaşdırılmaq cəzası ilə üzləşəcək.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”