"Benfika"nın baş məşqçisi Joze Mourinyo media və hakimlərin kluba münasibətindən narazıdır.
QOL.az xəbər verir ki, bu barədə mütəxəssis özü danışıb. Onun açıqlamasına səbəb Portuqaliya çempionatının 11-ci turunda “Kasa Pia” ilə 2:2 hesablı heç-heçə olub.
Mourinyo deyib: "Benfika" daha çox hörmətə layiqdir. Hər kəs tərəfindən. Mən hər kəs deyəndə həm oyunçuları, həm də xarici strukturları nəzərdə tuturam. Mənim bu kluba böyük hörmətim var, amma əmin deyiləm ki, bütün oyunçular "Benfika" üçün oynamağın nə demək olduğunu tam başa düşürlər. Bu həm də mediaya, hakimlərə və bəlkə də institusional səviyyəyə aiddir. Hazırda çoxlu ikili standartlar mövcuddur.
Dünyanın ən yaxşı futbolçuları və ya məşqçisi bizdə olmaya bilər, amma məsuliyyət səviyyəsi və standartlar yüksək olmalıdır. İstəməsəm də məni düşünməyə vadar edən şeylər görmüşəm".
Qeyd edək ki, “Benfika” Portuqaliya çempionatında 11 turdan sonra lider “Portu”dan 6 xal geri qalaraq 3-cüdür.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da