Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Araz-Naxçıvan” peşəkar futbol klubunun idmançı və məşqçi heyəti ilə görüşüb.
QOL.az xəbər verir ki, bu barədə səlahiyyətli nümayəndəlik məlumat yayıb.
F.Nəcəfli komandanın son illər qazandığı nailiyyətlərin, göstərdiyi peşəkarlıq və əzmkarlığın muxtar respublikanın idman həyatında qürurverici səhifə açdığını bildirib.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr, eləcə də Naxçıvan şəhərinin yeni baş planı barədə məlumat verən səlahiyyətli nümayəndə qeyd edib ki, bir neçə il sonra Naxçıvan tamamilə dəyişəcək:
“Təmsilçimizin ev oyunlarını doğma meydanda keçirməsi üçün mövcud stadionun yenidən qurulması, həmçinin yeni idman kompleksinin inşası nəzərdə tutulur. Yeni layihədə futbolçular üçün ən müasir idman infrastrukturunun, idmançı ailələri üçün isə yüksək yaşayış şəraitinin qurulması öz əksini tapacaq. Bu layihələr gerçəkləşdikdən sonra “Araz-Naxçıvan”ın hər bir oyunçusu komandamızın uğurları üçün doğma meydanda mübarizə aparacaq”.
Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov futbolçularla səmimi görüşə və göstərilən dəstəyə görə minnətdarlıq edib, Naxçıvan futbolunun inkişafı uğrunda bundan sonra da səylə çalışacaqlarını bildirib.
Futbolçulardan Felipe Santos və Qara Qarayev görüşün heyətə yüksək ruh və motivasiya bəxş etdiyini vurğulayıblar. Komanda üzvləri qeyd ediblər ki, uzun illər ölkənin yüksək liqasından ayrı qalan Naxçıvan futbolu qısa zamanda böyük uğurlarla bu həsrətə son qoydu. Ev oyunlarının yerli azarkeşlərin qarşısında keçirilməsi komandanın inkişafı baxımından vacibdir. Futbolçular tezliklə bu problemin də aradan qaldırılacağına inamını ifadə edib, çoxsaylı azarkeşlərin qarşısında mübarizə aparmağı səbirsizliklə gözlədiklərini bildiriblər.
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir