“Ayxan Abbasovun millinin baş məşqçisi təyin edilməsi qərarını yaxşı qarşıladım. Bizim üçün də yerli mütəxəssislə işləmək xoşdur”.
QOL.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın və milli komandamızın hücumçusu Musa Qurbanlı deyib.
O, Abbasova güvəndiklərini bildirib: “Ayxan müəllim qısa müddətdə milliyə rəhbərlik etsə də, Ukrayna ilə matçda heç-heçə oynadıq. Halbuki cəmi bir gün vaxtı var idi. Bununla belə, kollektivi yaxşı hazırladı, güclü rəqibdən xal ala bildik. Düşünürəm ki, baş məşqçinin yerli mütəxəssis olması komandaya fayda verəcək. Bir-birimizi daha yaxşı anlayacağıq. Ayxan Abbasov da oyunçuları ayrı-ayrılıqda daha yaxşı tanıyır, hamımızın bacarığına, xarakterinə bələddir. Ayxan müəllimə uğurlar arzulayıram. Ümid edirəm ki, həm onun, həm də millimiz üçün bu seçim uğurlu olacaq”.
23 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində qarşıdakı Fransa və Ukrayna ilə səfər matçları barədə də danışıb: “Fransa kimi rəqibin gücünü siz də bilirsiniz. Nəsə deməyə ehtiyac da yoxdur. Nə demək olar? Maksimum dərəcədə mübarizə aparmalı və əzmkarlıq göstərməliyik”.
Qurbanlı millinin hər uğursuz çıxışından sonra sosial şəbəkələrdə insanların Qurban Qurbanovu milli komandanın baş məşqçisi kimi görmək istəyinə belə münasibət bildirib:
“Azarkeşlərin belə fikirlər səsləndirməsi, Qurban Qurbanova etimad göstərməsi, həm baş məşqçim, həm də atam olaraq mənim üçün çox xoşdur. Azarkeşlərin sevgisi, inamı, güvəni görünür. Bununla fəxr edirəm. Amma ayrı-ayrı işlərdir. "Qarabağ"da illərdir çalışır, oturuşmuş sistemi, işi var. Millidə çətinliklər olacaq. Amma mənim üçün fərqi yoxdur. Atam olaraq, istəyərdim ki, həm onun üçün, həm də futbolumuz üçün xeyirlisi nədirsə, o da olsun".
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir