“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 8-ci turu çərçivəsində səfərdə “Qəbələ”yə qarşı keçirdikləri oyundan (1:0) sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:
“Çətin oyun idi. Mühüm qələbə qazandıq. Bilirik ki, “Qəbələ” turnir cədvəlində bizdən aşağı pillədə olsa da, yaxşı futbol oynayır, yaxşı mübarizə aparır. Uduzduqları oyunlarda da pis təsir bağışlamamışdılar. Gərgin oyun oldu, bunu gözləyirdik. Birinci hissədə 2-3 real qol epizodumuz var idi. Onları istifadə etsəydik, sonluq bu qədər gərgin olmazdı. Ancaq bundan əvvəlki matçlarda etdiyimiz səhvləri bu oyunda təkrarlamadıq. Bu gün futbolçularımdan istəmişdim ki, 2-ci hissə nəticəyə oynayaq və səhvləri təkrarlamayaq. Fasilə olacaq, zədəlilərimiz də var. Çətindir. Onlar da düşərgəyə qayıdanda, daha rahat olacaq. Azarkeşlərimizi təbrik edirəm.
Fasilə dönəmi ilə bağlı planlarımız var. Turun son görüşünü biz oynadıq, növbəti tura da ilk olaraq biz başlayırıq. Ötən dəfəki fasilədən fərqli olaraq, bu dəfə vaxtımız azdır. Bu da yaxşıdır, futbolçularımız tonusda olacaq. Beş futbolçumuz U-21 yığmasında olacaq. Məşqlərimiz eyni səviyyədə davam edəcək”.
Abbasov Azərbaycan millisinə təyinatından da danışıb:
“Məncə, AFFA məlumat verib, milli komandamıza rəhbərlik edirik. Əlbəttə, müqaviləmiz var. Şərtlər, detallar federasiyamızla aramızda olan məsələlərdir. Məni əsas maraqlandıran güvən və istək idi. O güvəni də gördüm. Milliyə kömək də lazımdır. Martdan federasiya ilə əməkdaşlığımız var, U-21 yığmasında işləyirdik. Elə gətirdi ki, komandanı Ukrayna oyuna çıxardıq. Qarşıdakı planlar haqda geniş məlumat verəcəyik. Vaxt lazımdır, bəzi məsələlər həll olunmalıdır.
Bilirsiz ki, məndən əvvəlki məşqçilərdə də müddət olub. Əvvəlki komandalarımda da 3 illik müqavilələrim olub. Məncə, müddət vacib deyil, vacib olan odur ki, biz nə istəyirik, qarşımıza qoyulan məqsəd nədir. O barədə fikir mübadiləmiz olub, anlaşma da sağlanıb.
Millidə bu dəqiqə böyük dəyişiklik etməyə ehtiyac yoxdur. Çox problem var, bir çox futbolçu klublarında çıxış etmir. Bu dəqiqə dəyişiklik pis təsir edər. Son matçda da futbolçuların istəyinə görə haqq edirdilər ki, yenidən millidə olsunlar. Rüfət Abdullazadəni izlədim, onu çox yaxşı tanıyıram. Hücum xəttindəki rəqabətimiz çox yaxşıdır. Rüfət də gələcək planımızda var. Tək o yox, bir neçə futbolçu var ki, millinin heyətinə düşə bilər. Bu dəqiqə ən yaxşı formada Xəyal Əliyevdir. Amma U-21 yığmasını da, futbolçuların inkişafını da fikirləşirik. Rüfət də haqq edir. Qismət olarsa, dəvət ediləcəklər.
Mahir Emreli ilə də söhbətim olub. Bu gün futbolçularımızı da qorumalıyıq. Bəli, klubda da nəsə problem ola bilər, çətindir, oyun praktikası azdır. Amma hücum xəttindəki futbolçularımız ümumilikdə az oynayırlar. Yəqin ki, bunu Mahir daha yaxşı bilir, fikirləşir. Klubundakı niyə birdən-birə belə qərar verdilər? Çünki “Kayzerslautern” Mahirin transferində israrlı idi. Mahir ötən mövsümü də pis keçirməmişdi. Ona güvənimiz çoxdur. Digər futbolçularımız da var ki, Avropada rahatlıqla çıxış edə bilərlər. Bu dəqiqə Mahirə dəstək olmalıyıq.
Fransa, Ukrayna və İslandiyaya qarşı oynamaq çox çətindir. Amma inanın ki, bu haqda bir saniyə belə, fikirləşməmişəm. Məni başqa detallar narahat edirdi. Doğrudur, dediyiniz məqamlar önəmlidir. Millidə çalışmaq istəyirsənsə, rəqiblər hər zaman güclü olacaq. Qarşıdakı rəqiblərin kim olacağını bilmirik. Çəkinəcəyiksə, bu işlə məşğul olmayaq. Futbolçularım da inanacaq, döyüşəcəyik. Bu dəqiqə ən vacibi savaşmaqdır. Bunu etdikdən sonra neqativlər olmayacaq. İnamlıyam. Qarşımıza qoyulan məqsəd vuruşmaqdır”.
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu