“Qarabağ”ın hücumçusu Emmanuel Addai Misli Premyer Liqasının VII turunda “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Qələbəni necə şərh edərdiniz?
- Heç də asan oyun alınmadı. Hiss olunurdu ki, “Kəpəz” bu matça ciddi hazırlaşıb. Bilirdik ki, onlarda baş məşqçi dəyişikliyi olub. Bununla belə, qələbə qazandıq. Minimal hesabla olsa da, istəyimizə çatdıq, 3 xal qazandıq.
- “Kopenhagen”lə görüşdən sonra bu matça köklənmək çətin olmadı?
- “Kopenhagen”lə oyunda stadionda möhtəşəm atmosfer var idi. Dolu tribunalar önündə oynamaq çox xoşdur. Təəssüf ki, çempionat oyununda eyni izdihamı görmürük. Lakin yenə də bizi dəstəkləyən azarkeşlərə minnətdaram. Ümid edirəm ki, növbəti matçlarda onların sayı daha da çox olacaq.
- Çempionlar Liqasında 2 oyundan sonra 6 xal qazanmısınız. “Qarabağ”ın ilk 24-lüyə düşmək şansını necə dəyərləndirirsiniz?
- Düzdür, bəlkə də ardıcıl iki qələbədən sonra pley-off barədə düşünmək olar. Lakin tələsmək lazım deyil. Arxayınlaşmaq da olmaz. Hər növbəti matçı düşünməliyik. Bu iki qələbədən sonra dayanmamalıyıq. Qarşıdakı matçlarda da əlimizdən gələni edəcəyik. Bununla belə, unutmayaq ki, növbəti rəqiblərimiz də çox güclüdürlər.
- “Kopenhagen”lə görüşdə vurduğunuz qol Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi. Bu, sizin üçün gözlənilməz olmadı?
- Mən hər zaman qol vurmaq istəyirəm. Fərqi yoxdur, əsas heyətdə meydana çıxdım, ya sonradan oyuna qoşuldum. Çox şadam ki, “Kopenhagen”lə görüşdə istəyimə çatdım. Ümumiyyətlə, həmin görüşdə qol vuracağıma inanırdım. Qolun gözəl alınması, həftənin ən yaxşı seçilməsi sevincimi ikiqat artırdı. Bu, xüsusi bir hissdir.
- Milli komandaların oyunlarına görə ikihəftəlik fasilə yaranacaq. Bu, hazırda yaxşı formada olan “Qarabağ”a mənfi təsir edə bilər?
- Düşünmürəm. Peşəkar komandayıq. Baş məşqçimiz lazımi tapşırıqlarını verəcək. Qısa istirahətdən sonra məşqləri bərpa edəcəyik.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi