“Qarabağ” UEFA reytinqində irəliləyib

“Qarabağ” UEFA reytinqində irəliləyib
ÖLKƏ FUTBOLU 2 Oktyabr 2025 / 10:14 2949
-  A +

“Qarabağ” UEFA-nın reytinq cədvəlində yerini daha da gücləndirib.

QOL.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin Çempionlar Liqasının 2-ci turunda evdə “Kopenhagen”ə (Danimarka) qalib gəlməsi (2:0) sayəsində mümkün olub. UEFA-nın saytında açıqlanan reytinqdə Qurban Qurbanovun komandası daha 4 pillə irəliləməyə nail olub. Onlar 55-ci yerdən 51-ci pilləyə qalxıblar.

“Qarabağ”ın ehtiyatında hazırda 31,000 əmsal var. Reytinqə “Real” başçılıq edir (127,500).

Milli assosiasiyaların reytinqində isə Azərbaycan əmsalını 22,000-ə çatdırıb. Hazırda ölkəmiz əvvəlkitək 25-ci pillədədir.

Daha çox


Son xəbərlər