"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində "Kopenhagen"lə oyundan (2:0) sonra mətbuat konfransı keçirib.
QOL.az sportal.az saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. O, əvvəlcə giriş sözlərində deyib:
- Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdəydilər, bir-birilərinin arxasındaydılar. Şükür Allaha, belə gözəl qələbə əldə olundu. Qarşımızda "Kopenhagen" olsa da, futbolçularımız çəkinmədilər, çox ciddi mübarizə apardılar. Xüsusilə ikinci hissədə. Belə böyük turnirlərdə elə an olur ki, ona dözmək lazım gəlir. Bunu ikinci hissə etdik. Rəqib dəyişikliklərlə daha çox riskə getdi. Bəzi top itkilərimiz oldu. Amma ümumən bu cür mübarizə aparmaq bizə qarşıdakı böyük oyunlarda çox fayda verəcək. Məşqçiləri ilə oyundan əvvəl danışdıq. Çox yaxşı iş görürlər. Az da olsa, iş prinsipləri ilə maraqlandıq. O da bizim iş prinsipimizdən danışdı. Pozitiv komanda idi.
- Püşkatmadan əvvəl sizə desəydilər ki, iki oyundan sonra 6 xal qazanacaqsınız, buna inanardınız?
- Bəlkə hamıda bu inam olmaya bilərdi. Amma məndə inam həmişə olub. Keçən il bizim çox yaxşı oyunlarımız oldu. Ancaq cəmi bir qalibiyyət əldə etdik. İnanırdım ki, oyunumuzu qoruyub-saxlaya bilsək, mübarizəni yaxşılaşdırsaq, bu mövsüm daha yaxşı nəticə olacaq. Sonda da çox gözəl və faydalı göstərici var. Həmişə inamla işləyirəm, futbolçularıma da inamla yanaşıram. Onlara da meydanda inamlı olmağı tövsiyə edirəm. Olmasa, bu cür oyun oynamaq olmaz. Kollektiv oyundur. Birimiz kollektivdən çıxsaq, qorxsaq, uğur əldə etmək olmaz. İnamımız həmişə olub. Amma bəzən deyirlər ki, hər şeyə real baxmaq lazımdır. Düzdür. Ancaq meydana inamsız çıxsaq...Uduza bilərik. Uduzduğumuz oyunlarımız olub, amma hamı mübarizəmizdən razı qalıb. Bəlkə 6 xal gözləməzdim, amma inanırdım.
- Futbol ölkəsi olmayan, kiçik ölkənin təmsilçisi olaraq, ÇL-də liderlər qruplarında olmaq necə hissdir?
- Çox gözəl, çox xoş. Biz Azərbaycanın "Qarabağ"ıyıq. Buna sevinirəm. O yerlərdə olmaq möhtəşəmdir. Cənab prezident də bizi təbrik edib. Ona da təşəkkür edirəm. Deməli, məsuliyyətimiz daha da artır. Bizə rahat olmaq yoxdur. Daha da inanaraq, güvənərək, çalışıb irəli getməliyik.
- Əvvəllər xüsusilə Türkiyə klublarının oyunlarına zövqlə baxırdıq. İndi əksinə olub. Türk dünyası, Türkiyə mətbuatı “Qarabağ”ı öz nəhənglərinə nümunə göstərir.
- Hamısına təşəkkür edirəm. Uğur olan yerdə, diqqət, inam, xoş sözlər olacaq. Bu, bizi yanıltmalı deyil. Çünki uğurun uğursuzluğu da var. Buna da hazır olmalıyıq. Hər bir halda buna ancaq sevinirik ki, belə qardaş, nəhəng Türkiyədə "Qarabağ"a dəstək olurlarsa, bu qədər məlumat verilirsə, bizim üçün böyük dayaq, böyük sevincdir. Oyundan əvvəl də "Qalatasaray"ı təbrik etmişdim. İndi də təbrik edirəm. Həmişə Türkiyə klublarının hər birinə azarkeşlik edirik, onlara uğurlar arzu edirəm.
- 2008-ci ildən başlayaraq, komanda bir neçə dəfə pley-offun astanasında dayandı. Qrup mərhələlərində də növbəti mərhələnin astanasındasız. Avrokuboklarda planlarınızın zirvə nöqtəsi hansıdır?
- Biz bu həyatda çox şey istəyə bilərik. Amma mənim üçün vacib olan neçə illərdir ki, komandadayam. Bu komandanın məsuliyyəti haqda danışmışam, "Qarabağ" mənim üçün nə deməkdir. Məşqçi kimi daha ciddi olmağımda, formalaşmağımda bu komanda mənim üçün əsas silah olub. Ola bilərdi ki, başqa klubda olum, uğurlu nəticələrim olsun. Amma orada bu qədər ciddi ola bilməzdim. Hardasa yorulardım. Amma bu komandada bu ad məni nə yorulmağa qoydu, nə də inamsız, məsuliyyətsiz olmağa. Əsas hədəf bu komandanı sağlam qoruyub-saxlamaq idi. Bilirdim ki, uğur gələcək. Bu komandada həmişə futbolçularımdan əsgərlər kimi vuruşmağı tələb etmişəm. Demişəm ki, bizim şəhidlərimiz, zabit və əsgərlərimiz ölüm, güllə qarşısında olublar. Biz meydanda 90 dəqiqə oynayırıq, daha sonra istirahət edirik. Bu, mənim hədəfim idi. Şükürlər olsun ki, çox nadir hallarda yorğun olduğunda nəsə edə bilməyiblər. Amma mənim hədəfim o olub ki, bu inamı, mübarizəni qoruyub-saxlayaq. Uğur gələcək. Futbol elə oyundur ki, mümkün deyil ki, hər il daha yaxşı, eyni nəticə olsun. Böyük klublar da bu il çempion olurlarsa, gələn il ola bilmirlər. Hamı inkişaf edir, hamı yenilik axtarır. Transferlərdə də bəzən az transfer edirik, bəzən futbolçunu çox araşdırırq. Qarşılığını Allah verəcək.
- Evin Cəfərquliyev oyunun ən yaxşısı seçildi. Azərbaycanlı futbolçunun oyunun ən yaxşı seçilməsi haqda nə düşünürsüz? Avrokuboklarda tənqidlər sayəsində futbolçunu bu uğura gətirib çıxardı?
- Əlbəttə ki, buna sevinirəm. İlk olaraq, komandamın oyunçusunun seçilməsi. İkinci də, azərbaycanlının seçilməsi. Elvin heç də rahat futbolçu deyil. Dəfələrlə olub ki, öz idman formasından çox aşağı səviyyədə olub, sonra qalxıb. Elvində bir az stabillik çatışmır. Ancaq son matçlarda bir az özü də ciddiləşib, bəlkə mən onunla daha ciddi rəftar edirəm. Hamımız ehtiyatlı olmalıyıq. İstənilən an öz bacarığından aşağı çıxış edə bilər. Bəlkə ona bir neçə il lazımdır ki, məsuliyyəti dərk etsin, daha ciddi və böyük olmaq üçün. Amma bir neçə ili gözləyəsi olsaq, işimiz yaxşı olmaz. Çalışırıq ki, hər şeyi əldə saxlayaq. Elvinin potensialı bu deyil. Daha ciddi olsa, futbol haqda çox fikirləşsə, potensialı bundan daha çoxdur.
- Sirr deyilsə, UEFA-nın oyunun ən yaxşı seçdiyi oyunçular beyninizdə olan seçimlərlə nə dərəcədə üst-üstə düşür?
- Heç birini ayırmaq istəməzdim. Çünki burada hər birinin haqqı var. Biri topla daha yaxşı rəftar etdi, biri yaxşı mübarizə apardı, digəri taktiki yaxşı oynadı. Hər futbolçu üzərinə düşəni artıqlaması ilə etdi. Məndən olsa, futbolçuların hamısına verərdim.
- Hansı səhvləriniz üzərində işləyəcəksiniz?
- Bu gün səhvlərdən danışmaq istəməzdim. Çünki rəqib məcbur edir ki, səhv edəsən. Rəqibin ikinci hissədə itirəcəyi bir şey yox idi, riskə getdi. Belə oyunlarda topa daha çox sahib olmağı istəyirəm. Ancaq rəqibi də nəzərə almaq lazımdır. Oyunu analiz edəndə, normal formada ayrı-ayrılıqda, həm də kollektiv şəkildə futbolçulara çatdıracağıq.
- Ola bilər ki, Avropanın böyük klubları sizə təklif göndərər. Təklif olarsa, hansı reaksiyanı verərdiniz?
- Azərbaycanın ən yaxşı məşqçisi olmaq məsələsinə tələsməyək. Təkliflər haqda ümumiyyətlə, düşünmürəm. Çünki belə hallarda daha da sadə olmağa çalışmalıyıq. Bu komandada stabilliyin çox vacib olduğunu dedim. Ağlımda belə fikir olsa, bu komandanın inamı da, uğuru da, sistemi də pozulacaq. Özümdən razılıq olardı ki, deyim Avropadan mənə təklif olmalıdır, filan. Bu haqda düşünmürəm. Hələ Azərbaycandayıq, yaxşı olar.
- Bu komandanın potensialı daha yaxşı ola bilərmi? “Qarabağ"ı yanvardan sonra da ÇL-də görə biləcəyik?
- Yanvardan sonra mütləq görəcəyik. Çünki oyunlarımız var(gülür). Keçən il səhv etmirəmsə, "Dinamo"(Zaqreb) 11 xal topladı, amma 24-lüyə düşmədi. Bəlkə 8 xal bəs etdi, bəlkə 9 xal. Bizdən asılı olmayan nüanslar var. Biz hər şeyə hazır olmalıyıq. Get-gedə rəqiblərimiz daha məsuliyyətli olacaq. Bu günə kimi "Benfika"dan sonra bizə qarşı 70-80 faiz ciddi yanaşmağı düşündülərsə, bu gün 100 faizdən çox olacaq. Bu da bizə mane olacaq. Bizi heç də rahat, düşündüyümüz oyunlar gözləmir. Biləcəyik ki, qarşımızdakı rəqib bizə 100 faiz hazırlaşacaq. Daha çox işləməliyik, daha cəsarətli olmalıyıq.
- Dünən "Benfika" "Çelsi"yə uduzdu və Joze Mourinyo dedi ki, problem "Çelsi"yə uduzmaq yox, "Qarabağ"a uduzmaqdır. Ona cavab vermək istəyərdiniz?
- Yox. Mourinyoya nə sual, nə də cavab verə bilərəm. Çünki o Mourinyodur, dahi məşqçilərdən biridir.
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq