“Hələ ki, “Qarabağ”ın oyununda hər şey yaxşılığa doğru gedir. Təsnifat mərhələsindəki oyunlarda da, “Benfika” ilə görüşdə də komanda özünü ən yaxşı tərəfdən göstərə bildi”.
Bu sözləri QOL.az-a açıqlamasında 1990-cı illərdə “Qarabağ”ın futbolçusu olmuş, hazırda “Sabah" akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru işləyən Təbriz Həsənov deyib.
T.Həsənov 1998-ci ilin yayında UEFA-nın Kuboklar kuboku adlanan yarışında “Qarabağ”ın heyətində “Kopenhagen”lə keçirilən hər iki görüşdə 90 dəqiqə oynayıb. O, Ağdam klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün “Kopenhagen”lə keçiriləcək oyunu öncəsi əvvəlcə 27 il əvvəlki qarşılaşmalardan (0:6, 0:4) danışıb:
“Böyükhesablı məğlubiyyətdən sonra xatirələr az olur. O vaxt bizim komandaların indiki kimi hazırlığı olmurdu. Deməzdim ki, heyətimiz pis idi. Amma istənilən kimi hazırlıq, şərait yox idi. Demək olar ki, bütün klublarımız elə ilk turdan mübarizəni dayandırırdı. Həm də böyükhesablı məğlubiyyətlərlə.
“Kopenhagen” həm fiziki olaraq güclü idi, həm də atletik futbol oynayırdı. Heyətlərində 1992-ci ildə Danimarkanın Avropa çempionu olduğu futbolçulardan 3-4 nəfər də vardı. Danimarkadakı görüşdə ilk dəqiqədən elə oynadılar ki, biz o tempi tuta bilmədik. 15, ya da 20-ci dəqiqədə artıq hesab 3:0 idi. Künc zərbələri zamanı daha çox çətinlik çəkirdik. Hamısı hündür və fiziki cəhətdən güclü futbolçu idi. Çox əziyyət çəkdik. Qapıçımız Camaləddin Əliyev hələ nə qədər qurtarışlar etdi. İkinci hissədə isə tempi tuta bildik. Tez buraxdığımız qollar bizi çətin duruma saldı. Bakıda da 0:4 uduzduq. Çalışırdıq ki, maksimum gücümüzlə oynayaq. Amma artığını edə bilmirdik. Çünki komandanın hazırlığı ora qədər idi”.
T.Həsənov hazırda “Qarabağ”ın çox inkişaf etdiyini və “Kopenhagen”ə qalib gəlmək gücündə olduğunu da qeyd edib: “Qarabağ” sağ olsun ki, artıq bir dəfə ( 2017-ci ildə ÇL-in pley-off mərhələsindəki qarşılaşmaları (1:0, 1:2) nəzərdə tutur – red.) məğlubiyyətlərin heyfini çıxıb. Mən düşünürəm ki, bu gün də komandamız qalib gələcək. Hazırkı “Qarabağ” bu gücdədir. Demirəm ki, asan olacaq. “Kopenhagen” indi də güclüdür. Onların “Bayer”lə ilk turdakı oyununa baxdım. Çox yaxşı hücumçuları var. Əsas da sürətli əks-hücumlarda təhlükəlidirlər. Amma “Qarabağ”a inanır və uğurlar arzu edirəm. Bura qədər “Qarabağ” çox böyük işlər görüb. Deyərdim ki, öz boyundan hündürə tullanıb”.
Ramiq Ağaməmmədov
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi