Yubiley qolunu Rüstəm vurdu

Yubiley qolunu Rüstəm vurdu
ÖLKƏ FUTBOLU 29 Sentyabr 2025 / 15:17 1072
-  A +

“Sumqayıt” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü səfər qolunu vurub.

QOL.az xəbər verir ki, bu, Misli Premyer Liqasının VI turuna təsadüf edib.

“Sabah”la görüşdə (1:1) fərqlənən Rüstəm Əhmədzadə yubiley qolunun müəllifi olub. 200-cü səfər qolu rəqib meydanlarındakı 221-ci matçda qeydə alınıb. “Sumqayıt” turnirin tarixində ən azı 200 səfər qolu vuran 9-cu komandadır.

Qeyd edək ki, Sumqayıtın eyniadlı təmsilçisinin Premyer Liqada, həm də səfərdəki ilk qolunun müəllifi Eşqin Quliyev olub. O, 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər qarşılaşmasında (1:2) fərqlənib.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.06.26  17:29

DÇ-2026-nı buraxacaq

16.06.26  16:47

Bernardo Silva "Real"da

topaz banner